Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünyanın ən bahalı 100 futbolçusu kimlərdir?

© AP Photo / Martin Meissner, PoolЭрлинг Холанд, фото из архива
Эрлинг Холанд, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Siyahının ilk pilləsində qərarlaşan Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holannın transfer dəyəri 245,1 milyon avro göstərilib.
BAKI, 6 iyun — Sputnik. Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunu açıqlayıb.
CIES-in rəsmi saytında dərc edilən məlumata görə, siyahının ilk pilləsində Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann qərarlaşıb.
23 yaşlı forvardın transfer dəyəri 245,1 milyon avro göstərilib.
Braziliya yığmasının və İspaniyanın "Real Madrid" komandasının üzvü Vinisius Junior (196,3 milyon avro) ikinci, İngiltərə millisinin və "Arsenal"ın hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.
İlk "10-luq"da, həmçinin, Dortmund "Borussiya"sından ingiltərəli Cud Bellingem (190,2), "Real Madrid"dən braziliyalı Rodriqo (184,5), İspaniya "Barselona"sından Pedri (178) və Qavi (174,1), Almaniya "Bavariya"sından Camal Musiala (170,2), "Mançester Siti"dən Fil Foden (166,8), Fransa PSJ-sindən isə Kilian Mbappe (163,2) də var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0