Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclisdə inflyasiya, bankların bağlanması məsələsi müzakirə edilib

© Sputnik / Murad OrujovMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Deputat bildirib ki, inflyasiya proqnozları real deyil, həmçinin bankların bağlanması əmanətçilər üçün xeyli problemlər yaradır.
BAKI, 5 iyun — Sputnik. "İnflyasiyanın proqnozu keçən ilin payızında 6,9% götürülmüşdü, dedik ki, real deyil. İndi götürülüb 10,4%, yenə də deyirik ki, bu real deyil. Mərkəzi Bankın proqnozlarında isə bu, bir az da azaldılaraq 8,3% götürülüb, deyirik ki, bu da real deyil. Siz inflyasiyanın hansı rıçaqların vasitəsilə birrəqəmli olmasının təminatçısınız?". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı komitə sədrinin müavini Əli Məsimli bildirib.
© Photo : kanal24Əli Məsimli - iqtisadçı alim, millət vəkili
Əli Məsimli - iqtisadçı alim, millət vəkili - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Əli Məsimli - iqtisadçı alim, millət vəkili
"Bankların bağlanması əmanətçilər üçün xeyli problemlər yaradır"

"Bütün dünyada uçot dərəcəsi vaistəsilə inflyasiyaya təsir göstərilir. Taleh müəllim, Mərkəzi Bankın uçot dərəcəsi real sürətdə Azərbaycan iqtisadiyyatında, maliyyə sektorunda inflyasiyaya təsir edirmi? Bankların tənzimlənməsi yaxşıdır, amma hesab edirəm ki, bankların bağlanması əmanətçilər üçün xeyli problemlər yaradır", - deyə Əli Məsimli vurğulayıb.

Taleh Kazımov: İllik inflyasiya 8,3% olacaq
Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib ki, aprel ayının illik inflyasiyası 12,8% təşkil edib. Burada əsas qiymətlərin artımıdır:

"Mərkəzi Bankın aprel ayının proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3% olacaq. Bizim yanvar proqnozlarımız 7,9% olmuşdu. Dürüstləşmə rəqəmləri nəzərdən keçirildikdən sonra proqnoz 0,4% artaraq 8,3% olub".

© Photo : Central Bank of the Republic of AzerbaijanTaleh Kazımov
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü Taleh Kazımov - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Taleh Kazımov
O bildirib ki, Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ümumi daxili məhsul (ÜDM) istehsalında artım 1,8%-2% civarında olacaq. Qeyri-neft ÜDM-də artım isə 5,7%-ə çatacaq. Bizim daha çox narahat olduğumuz məsələ inflyasiyadır.
Mərkəzi Bankın sədri: Bankların bağlanmasını istəməzdim
Taleh Kazımov əlavə edib ki, bankların bağlanmasına mən də həssas yanaşıram. Həcmindən aslı olmayaraq, banklar var ki, problemlidir, bütün maliyyə sektoruna xələl gətirir. Həm keçmiş bankir kimi, həm də Mərkəzi Bankın sədri kimi bankların, sığorta şirkətlərinin bağlanmasını istəməzdim. Böyük problemləri olan təşkilatlarda işlər görülməlidir, görülmürsə bağlanmaldır.
2023-cü il üçün orta illik inflyasiya proqnozu dəyişib
Qeyd edək ki, Azərbaycanda 2023-cü il üçün orta illik inflyasiya proqnozu dəyişib. "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsinə Hesablama Palatasının Rəyi"ndə deyilir ki, ilkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib və 10,4% olaraq dəqiqləşdirilib ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.
"Günay Bank" ASC-nin lisenziyası ləğv edilib
Onu da qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "Banklar haqqında" qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə "Günay Bank" ASC-yə müvəqqəti inzibatçı təyin olunub, "Günay Bank" ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
"Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. "Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
Mərkəzi Bankdan bildiriblər ki, "Günay Bank" ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. "Günay Bank" ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir.
Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
Kompensasiyaların ödənilməsi 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bank yazısı - Sputnik Azərbaycan, 1920, 27.05.2023
İQTİSADİYYAT
“Günay Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix bəlli olub
Xəbər lenti
0