https://sputnik.az/20230527/gunay-bankin-emanetcilerine-kompensasiyanin-verileceyi-tarix-belli-olub-455323629.html
“Günay Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix bəlli olub
“Günay Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix bəlli olub
Sputnik Azərbaycan
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində... 27.05.2023, Sputnik Azərbaycan
2023-05-27T19:45+0400
2023-05-27T19:45+0400
2023-05-27T19:45+0400
bank
iqtisadiyyat
günay
müflis
əmanətlərin sığortalanması fondu
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_0:0:3071:1728_1920x0_80_0_0_4cdb319e7faa56b1198c7fa8dd977048.jpg
BAKI, 27 may-Sputnik. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib. Fonddan bildiriblər ki, kompensasiyaların ödənilməsi 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək. Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Milli Məclisin deputat Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank "Günay Bank" ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. Bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib:Deputat qeyd edib ki, hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər. Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "Banklar haqqında" qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə "Günay Bank" ASC-yə müvəqqəti inzibatçı təyin olunub, "Günay Bank" ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. "Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. "Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Mərkəzi Bankdan bildiriblər ki, "Günay Bank" ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. "Günay Bank" ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_177:0:2908:2048_1920x0_80_0_0_711be799aee85a962e1b01b468b084e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bank, günay, müflis, əmanətlərin sığortalanması fondu
bank, günay, müflis, əmanətlərin sığortalanması fondu
“Günay Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix bəlli olub
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.
BAKI, 27 may-Sputnik. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib.
Fonddan bildiriblər ki, kompensasiyaların ödənilməsi 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Milli Məclisin deputat Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank "Günay Bank" ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. Bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib:
"Bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir. Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşlara məxsusdur. Yəni, bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub".
Deputat qeyd edib ki, hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər.
"Bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var. Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır"-deyə o əlavə edib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "Banklar haqqında" qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə "Günay Bank" ASC-yə müvəqqəti inzibatçı təyin olunub, "Günay Bank" ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
"Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. "Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
Mərkəzi Bankdan bildiriblər ki, "Günay Bank" ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. "Günay Bank" ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir.
Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.