https://sputnik.az/20230605/azerbaycanda-yeni-formada-valyuta-mubadile-menteqeleri-formalasdirilacaq---taleh-kazimov-455615869.html
Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq - Taleh Kazımov
Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq - Taleh Kazımov
Sputnik Azərbaycan
Mərkəzi Bankın sədri qeyd edib ki, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur. İstəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi... 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T15:30+0400
2023-06-05T15:30+0400
2023-06-05T15:30+0400
mərkəzi bank
iqtisadiyyat
valyuta
mübadilə
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455607658_0:552:1024:1128_1920x0_80_0_0_81a154ee6aee42a02b7227d9257510f7.jpg
BAKI, 5 iyun — Sputnik. "Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq". Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Taleh Kazımov: "Podyezd"də, "budka"da valyuta məntəqələri olmamalıdır O qeyd edib ki, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur:T.Kazımov həmçinin bildirib ki, "Mərkəzi Bank haqqında" qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur. Deputat: Xüsusilə regionlarda valyuta mübadilə məntəqələrinin genişlənməsinə ehtiyac var Deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, Azərbaycanda, xüsusilə regionlarda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin genişləndirilməsinə böyük ehtiyac var:"Şənbə və bazar günləri banklar işləməyəndə turistlər pulu harda dəyişsinlər?" 2016-cı ilə qədər yüzlərlə valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərirdi Xatırladaq ki, Azərbaycanda 2016-cı ilədək yüzlərlə valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərirdi. Həmin ilin yanvar ayında manatın ikinci devalvasiyasından az sonra bankların şöbə və filiallarından kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin bağlanılması barədə qərar qəbul edildi. Məqsəd milli valyutanın təzyiq altında qalmaması və ölkədən kapital axınının qarşısının alınması idi.2017-ci ildə manatın məzənnəsinin nisbi sabitləşməsindən sonra ölkədə “Valyuta tənzimi haqqında” yeni qanun qəbul edildi. Həmin qanunla valyuta mübadiləsi lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilməyə başladı. Bu qanun banklardan kənarda valyuta dəyişmə məntəqəsi açmağa icazə verdi. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilir. Rezidentlər və qeyri-rezidentlər Azərbaycanın daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20221108/azerbaycanda-valyuta-mubadilesine-nezaret-guclendirilir---vahid-melumat-bazasi-qurulacaq-448296213.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/05/455607658_0:353:1024:1121_1920x0_80_0_0_44a6be5cfb875bc3f142d8b7c739da09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank, valyuta, mübadilə
mərkəzi bank, valyuta, mübadilə
Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq - Taleh Kazımov
Mərkəzi Bankın sədri qeyd edib ki, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur. İstəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institusional valyuta mübadilə biznesi formalaşsın.
BAKI, 5 iyun — Sputnik. "Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq". Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Taleh Kazımov: "Podyezd"də, "budka"da valyuta məntəqələri olmamalıdır
O qeyd edib ki, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur:
"İstəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institusional valyuta mübadilə biznesi formalaşsın. Hamımız xaricə gedəndə görürük ki, səliqəli, normal valyuta mübadilə məntəqələri var. Mən də bir azərbaycanlı kimi istəyərəm bizdə də belə olsun. Hansısa "podyezd"də, "budka"da yox, institusional formada valyuta mübadilə şöbələri formalaşsın".
T.Kazımov həmçinin bildirib ki, "Mərkəzi Bank haqqında" qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur.
Deputat: Xüsusilə regionlarda valyuta mübadilə məntəqələrinin genişlənməsinə ehtiyac var
Deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, Azərbaycanda, xüsusilə regionlarda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin genişləndirilməsinə böyük ehtiyac var:
"Şənbə və bazar günləri banklar işləməyəndə turistlər pulu harda dəyişsinlər?"
2016-cı ilə qədər yüzlərlə valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərirdi
Xatırladaq ki, Azərbaycanda 2016-cı ilədək yüzlərlə valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərirdi. Həmin ilin yanvar ayında manatın ikinci devalvasiyasından az sonra bankların şöbə və filiallarından kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin bağlanılması barədə qərar qəbul edildi. Məqsəd milli valyutanın təzyiq altında qalmaması və ölkədən kapital axınının qarşısının alınması idi.
2017-ci ildə manatın məzənnəsinin nisbi sabitləşməsindən sonra ölkədə “Valyuta tənzimi haqqında” yeni qanun qəbul edildi. Həmin qanunla valyuta mübadiləsi lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilməyə başladı. Bu qanun banklardan kənarda valyuta dəyişmə məntəqəsi açmağa icazə verdi. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilir.
Rezidentlər və qeyri-rezidentlər Azərbaycanın daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.