https://sputnik.az/20221108/azerbaycanda-valyuta-mubadilesine-nezaret-guclendirilir---vahid-melumat-bazasi-qurulacaq-448296213.html
Azərbaycanda valyuta mübadiləsinə nəzarət gücləndirilir - Vahid məlumat bazası qurulacaq
Azərbaycanda valyuta mübadiləsinə nəzarət gücləndirilir - Vahid məlumat bazası qurulacaq
Sputnik Azərbaycan
"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilir. Dəyişiklik valyuta əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan... 08.11.2022, Sputnik Azərbaycan
2022-11-08T09:29+0400
2022-11-08T09:29+0400
2022-11-08T09:29+0400
valyuta
iqtisadiyyat
məzənnə
mübadilə
https://cdnn1.img.sputnik.az/img/40517/04/405170441_0:77:2001:1202_1920x0_80_0_0_9fc74715935f07009f43999be7bbcce1.jpg
BAKI, 8 noyabr — Sputnik. Azərbaycanda valyuta əməliyyatlarına nəzarət gücləndirilir. Bununla bağlı "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik təklif edilir. Qanun layihəsini müzakirəyə təqdim edərkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, sənəd valyuta əməliyyatları üzrə nəzarətin effektivliyinin artırılması məqsədilə hazırlanıb və valyuta əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.Bununla bağlı "Banklar haqqında", "Poçt haqqında", "Fərdi məlumatlar haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir. Layihənin məqsədi "Valyuta tənzimi haqında" qanuna uyğun olaraq valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması və valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması məsələlərini tənzimləməkdir.Qeyd edək ki, qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.Layihədə qeyd edilir ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər valyuta əməliyyatları üzrə nəzarətin gücləndirilməsini zəruri edir. Bu isə valyuta əməliyyatları üzrə yeni effektiv nəzarət mexanizmlərinin tətbiqini labüdləşdirir.Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, faktiki olaraq valyuta əməliyyatında qeyri-rəsmi müəyyən məhdudiyyət var idi və valyuta əməliyyatı zamanı vətəndaşdan şəxsiyyət vəsiqəsi tələb olunurdu:İqtisadçının fikrincə, bu addım o qədər də effektiv olmayan yanaşmadır:"Bunun praktiki tətbiqi çox çətin məsələdir. Yəni limiti dolan başqasının adı ilə onsuzda valyuta alacaq. Bu dəyişikliyə ehtiyac yoxdur. Çünki valyuta əməliyyatlarında nəzarətin həyata keçirilməsi üçün dünyada ən asan, ən geniş yayılmış yol vergi deklarasiyalarıdır".Məlumat üçün bildirək ki, "Valyuta tənzimi haqqında" qanunun 16-cı maddəsinə əsasən valyuta nəzarəti orqanlarının rezident və qeyri-rezidentlər tərəfindən icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək, rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının qanunvericiliyin, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək, valyuta əməliyyatlarını yoxlamaq, bu əməliyyatlar üzrə hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək səlahiyyəti müəyyən edilib.Sistemdə valyuta əməliyyatları barədə məlumatlar toplanacaqVahid informasiya sistemində rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlar toplanacaq. Valyuta nəzarəti agentləri (banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edəcək (ötürəcək) və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edəcəklər.Layihəyə görə, valyuta əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədilə informasiya sistemində toplanan məlumatların əldə edilməsi rezident və qeyri-rezidentlərin razılığı olmadan həyata keçirilə biləcək.Valyuta əməliyyatları maliyyə-bank əməliyyatlarına aid olduğundan layihədə vahid informasiya bazasında toplanılan məlumatların saxlanması müddəti qanunla müəyyən olunmuş pul vəsaitləri ilə bağlı əməliyyatlara dair məlumatların saxlanması müddəti ilə eynilik təşkil etməsi və bank sirrinin qorunması rejiminin tətbiq olunması nəzərdə tutulur.Xatırladaq ki, qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40517/04/405170441_146:0:1853:1280_1920x0_80_0_0_12e8c2f1de844f54d9a03ab8adb4a355.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
valyuta, məzənnə, mübadilə
valyuta, məzənnə, mübadilə
Azərbaycanda valyuta mübadiləsinə nəzarət gücləndirilir - Vahid məlumat bazası qurulacaq
"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilir. Dəyişiklik valyuta əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.
BAKI, 8 noyabr — Sputnik. Azərbaycanda valyuta əməliyyatlarına nəzarət gücləndirilir. Bununla bağlı "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik təklif edilir. Qanun layihəsini müzakirəyə təqdim edərkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, sənəd valyuta əməliyyatları üzrə nəzarətin effektivliyinin artırılması məqsədilə hazırlanıb və valyuta əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.
Bununla bağlı "Banklar haqqında", "Poçt haqqında", "Fərdi məlumatlar haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilir. Layihənin məqsədi "Valyuta tənzimi haqında" qanuna uyğun olaraq valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması və valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması məsələlərini tənzimləməkdir.
Qeyd edək ki, qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.
Layihədə qeyd edilir ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər valyuta əməliyyatları üzrə nəzarətin gücləndirilməsini zəruri edir. Bu isə valyuta əməliyyatları üzrə yeni effektiv nəzarət mexanizmlərinin tətbiqini labüdləşdirir.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, faktiki olaraq valyuta əməliyyatında qeyri-rəsmi müəyyən məhdudiyyət var idi və valyuta əməliyyatı zamanı vətəndaşdan şəxsiyyət vəsiqəsi tələb olunurdu:
"Yəni il ərzində təxminən 11 min 500 - 12 min dollara yaxın vəsaitin dəyişdirilməsi nəzərdə tutulurdu. Ümumi bir sistem yaradılmışdı və vətəndaş banka gedib valyuta əməliyyatı həyata keçirmək istəyərkən onun indiyədək nə qədər valyuta aldığı görünürdü. Nəticədə limit dolandan sonra ona valyuta satmaqdan imtina edilirdi. Başqa sözlə, faktiki olaraq bu, var idi, indi isə bunun qanunvericilik bazası yaradılır".
İqtisadçının fikrincə, bu addım o qədər də effektiv olmayan yanaşmadır:
"Bunun praktiki tətbiqi çox çətin məsələdir. Yəni limiti dolan başqasının adı ilə onsuzda valyuta alacaq. Bu dəyişikliyə ehtiyac yoxdur. Çünki valyuta əməliyyatlarında nəzarətin həyata keçirilməsi üçün dünyada ən asan, ən geniş yayılmış yol vergi deklarasiyalarıdır".
Məlumat üçün bildirək ki, "Valyuta tənzimi haqqında" qanunun 16-cı maddəsinə əsasən valyuta nəzarəti orqanlarının rezident və qeyri-rezidentlər tərəfindən icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək, rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının qanunvericiliyin, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək, valyuta əməliyyatlarını yoxlamaq, bu əməliyyatlar üzrə hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək səlahiyyəti müəyyən edilib.
Sistemdə valyuta əməliyyatları barədə məlumatlar toplanacaq
Vahid informasiya sistemində rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlar toplanacaq. Valyuta nəzarəti agentləri (banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edəcək (ötürəcək) və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edəcəklər.
Layihəyə görə, valyuta əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədilə informasiya sistemində toplanan məlumatların əldə edilməsi rezident və qeyri-rezidentlərin razılığı olmadan həyata keçirilə biləcək.
Valyuta əməliyyatları maliyyə-bank əməliyyatlarına aid olduğundan layihədə vahid informasiya bazasında toplanılan məlumatların saxlanması müddəti qanunla müəyyən olunmuş pul vəsaitləri ilə bağlı əməliyyatlara dair məlumatların saxlanması müddəti ilə eynilik təşkil etməsi və bank sirrinin qorunması rejiminin tətbiq olunması nəzərdə tutulur.
Xatırladaq ki, qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.