https://sputnik.az/20230603/turkiye-ucun-eser-yaratmaga-ve-xidmet-gostermeye-davam-edeceyik---erdogan-455565252.html
Türkiyə üçün əsər yaratmağa və xidmət göstərməyə davam edəcəyik - Ərdoğan
Türkiyə üçün əsər yaratmağa və xidmət göstərməyə davam edəcəyik - Ərdoğan
Sputnik Azərbaycan
Ərdoğan qeyd edib ki, millət onun əsər yaratmağa və xidmət göstərməyə davam etməsini istəyib. Atılan diktatura və avtoritarizm iftiralarının içərisinin... 03.06.2023, Sputnik Azərbaycan
2023-06-03T19:45+0400
2023-06-03T19:45+0400
2023-06-03T19:49+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237145_0:202:2922:1846_1920x0_80_0_0_240c55a8ebd1958e9b06b7ae4596b791.jpg
BAKI, 3 iyun - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılanlara təşəkkür edib."Sizləri bu tarixi mərasimimiz münasibəti ilə bu məkanda qəbul etməkdən böyük bir məmnuniyyət duyuram. Mərasimə qatılmağınızla əlaqədar hər birinizə ayrı-ayrı ayrı təşəkkür edirəm, - o, deyib.“Seçkilərin nəticəsinin elan olunduğu 28 may gecəsi Afrikadan Asiyaya – küçələrdə yaşanan sevinc coşqusunu unutmayacağıq”, - Ərdoğan əlavə edib.Türkiyə Prezidenti ölkəsinin tarixdə ən kritik seçkini arxada qoyduğunu vurğulayıb: “Türkiyə siyasi tarixinin ən kritik seçkilərini geridə qoydu. 28 may tarixində millətimiz birinci turda yarımçıq qalan işini bitirmişdir. Millətimizin bizə və partiyamıza olan güvənini doğruldacağıq. Bir olaq, sevək, sevilək”.Ərdoğan seçkidə iştirak etdiyi üçün türk millətinin hər bir fərdinə təşəkkür edib: “Səs verməyə qatılan millətimin hər bir fərdinə təşəkkürümü çatdırıram. Xaricdən növbədə duraraq səs verən hər bir vətəndaşımıza, Türkiyədə zəlzələ bölgəsində səs verən, səslərinə sahib çıxan hər bir fərdimizə təşəkkür edirəm”.Seçkidə qələbə münasibəti ilə onu təbrik edən hər bir dövlət və hökumət başçısına təşəkkürünü çatdıran Türkiyə Prezidenti qeyd edib ki, Türkiyəyə qarşı böyük sevginin qarşılığını ən gözəl şəkildə verməyə çalışacaq. O, bəzi dairələrin, KİV-lərin Türkiyədə seçkidə millətin iradəsinə təsir etməyə çalışdığını da unutmayacaqlarını vurğulayıb: “Türkiyə tarixinin ən önəmli seçimlərinin birini arxada qoydu. Türkiyəyə, Türk xalqına daha 5 il xidmət etmək şərəfinə nail olduq. Bunun könül coğrafiyamız, xalqımız üçün xeyirli olmasını arzulayıram. Türkiyə üçün əsər yaratmağa və xidmət göstərməyə davam edəcəyik. 85 milyonun hər birinə xidmət edəcəyik. İndiyə qədər xidmət göstərərkən heç kimin səsinin rənginə, dininə baxmadıq. Hər kəsi qucaqlamaq anlayışı ilə hərəkət edirik”.Atılan diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu göründüTürkiyə prezidenti qeyd edib ki, Cümhuriyyətin 100 ilində böyük həmrəyliyə ehtiyac var. "Bu gün birlik, min illik qardaşlığımızı möhkəmləndirmək günüdür" - deyən Ərdoğan küskünlükləri bir kənara qoymağa, Türkiyə Yüz İlinin inşasını dəstəkləməyə çağırıb: “Dəvətimə qatılan bütün vətəndaşlarımıza indidən təşəkkür edirəm”.Türkiyə Prezidenti qeyd edib ki, prezident seçkilərinin 14 mayda keçirilən birinci və 28 mayda keçirilən ikinci turunun öz mənası var: “Millətimiz əsər yaratmağa və xidmət göstərməyə davam etməyimizi istəyib. Atılan diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu göründü. Bu seçkilərdə Türkiyə Yüz İli təklifinin insanımız tərəfindən qəbul edildiyini gördük. Qarşıdakı 5 ildəki planlarımızı həyata keçirəcək, seçkidə xalqımıza verdiyimiz vədlərin təqibçisi olacağıq. Verdiyimiz bütün vədləri bir-bir həyata keçirəcəyik. İnkişafımızı yeni bir Konstitusiya ilə möhkəmləndirəcəyik. Atatürkün “Yuradda sülh, cahanda sülh” şüarını praktikada həyata keçirəcəyik. Bundan sonra qlobal problemilərin həllində daha çox səy göstərən, məzlumlara daha çox arxa çıxan bir Türkiyə görəcəyik”.Rəcəb Tayyib Ərdoğan nəzərə çatdırıb ki, yeni dönəmdə terror təşkilatları ilə daha qətiyyətlə mübarizə aparan, Mavi Vətəndə haqlarını qətiyyətlə qoruyan, demokratik haqları daha çox qoruyan, daha aktiv bir Türkiyə olacaq: “Türkiyənin adını bütün dünyada yüksəltməyə söz veririk. Türkiyənin, xalqımızın maraqlarını hər zəmində qoruyacağımıza söz veririk. Bu gündən Türkiyə Yüz İlinin inşası üçün bismillah deyirik”.Türkiyə Prezidenti Cümhur İttifaqında təmsil olunan partiyaların liderlərinə, o cümlədən prezident seçkilərinin ikinci turunda ona dəstək verən Sinan Oğana da təşəkkürünü çatdırıb.
https://sputnik.az/20230603/erdogan-prezident-selahiyyetlerinin-icrasina-baslama-merasiminde-eliyeve-tesekkur-edib-455564963.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237145_96:0:2827:2048_1920x0_80_0_0_ecd011c89d1c3bc5e6d16cab60a797af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Türkiyə üçün əsər yaratmağa və xidmət göstərməyə davam edəcəyik - Ərdoğan
19:45 03.06.2023 (Yenilənib: 19:49 03.06.2023) Ərdoğan qeyd edib ki, millət onun əsər yaratmağa və xidmət göstərməyə davam etməsini istəyib. Atılan diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu görünüb.
BAKI, 3 iyun - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılanlara təşəkkür edib.
"Sizləri bu tarixi mərasimimiz münasibəti ilə bu məkanda qəbul etməkdən böyük bir məmnuniyyət duyuram. Mərasimə qatılmağınızla əlaqədar hər birinizə ayrı-ayrı ayrı təşəkkür edirəm, - o, deyib.
“Seçkilərin nəticəsinin elan olunduğu 28 may gecəsi Afrikadan Asiyaya – küçələrdə yaşanan sevinc coşqusunu unutmayacağıq”, - Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti ölkəsinin tarixdə ən kritik seçkini arxada qoyduğunu vurğulayıb:
“Türkiyə siyasi tarixinin ən kritik seçkilərini geridə qoydu. 28 may tarixində millətimiz birinci turda yarımçıq qalan işini bitirmişdir. Millətimizin bizə və partiyamıza olan güvənini doğruldacağıq. Bir olaq, sevək, sevilək”.
Ərdoğan seçkidə iştirak etdiyi üçün türk millətinin hər bir fərdinə təşəkkür edib:
“Səs verməyə qatılan millətimin hər bir fərdinə təşəkkürümü çatdırıram. Xaricdən növbədə duraraq səs verən hər bir vətəndaşımıza, Türkiyədə zəlzələ bölgəsində səs verən, səslərinə sahib çıxan hər bir fərdimizə təşəkkür edirəm”.
Seçkidə qələbə münasibəti ilə onu təbrik edən hər bir dövlət və hökumət başçısına təşəkkürünü çatdıran Türkiyə Prezidenti qeyd edib ki, Türkiyəyə qarşı böyük sevginin qarşılığını ən gözəl şəkildə verməyə çalışacaq.
O, bəzi dairələrin, KİV-lərin Türkiyədə seçkidə millətin iradəsinə təsir etməyə çalışdığını da unutmayacaqlarını vurğulayıb:
“Türkiyə tarixinin ən önəmli seçimlərinin birini arxada qoydu. Türkiyəyə, Türk xalqına daha 5 il xidmət etmək şərəfinə nail olduq. Bunun könül coğrafiyamız, xalqımız üçün xeyirli olmasını arzulayıram. Türkiyə üçün əsər yaratmağa və xidmət göstərməyə davam edəcəyik. 85 milyonun hər birinə xidmət edəcəyik. İndiyə qədər xidmət göstərərkən heç kimin səsinin rənginə, dininə baxmadıq. Hər kəsi qucaqlamaq anlayışı ilə hərəkət edirik”.
Atılan diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu göründü
Türkiyə prezidenti qeyd edib ki, Cümhuriyyətin 100 ilində böyük həmrəyliyə ehtiyac var.
"Bu gün birlik, min illik qardaşlığımızı möhkəmləndirmək günüdür" - deyən Ərdoğan küskünlükləri bir kənara qoymağa, Türkiyə Yüz İlinin inşasını dəstəkləməyə çağırıb:
“Dəvətimə qatılan bütün vətəndaşlarımıza indidən təşəkkür edirəm”.
Türkiyə Prezidenti qeyd edib ki, prezident seçkilərinin 14 mayda keçirilən birinci və 28 mayda keçirilən ikinci turunun öz mənası var:
“Millətimiz əsər yaratmağa və xidmət göstərməyə davam etməyimizi istəyib. Atılan diktatura və avtoritarizm iftiralarının içərisinin tamamilə boş olduğu göründü. Bu seçkilərdə Türkiyə Yüz İli təklifinin insanımız tərəfindən qəbul edildiyini gördük. Qarşıdakı 5 ildəki planlarımızı həyata keçirəcək, seçkidə xalqımıza verdiyimiz vədlərin təqibçisi olacağıq. Verdiyimiz bütün vədləri bir-bir həyata keçirəcəyik. İnkişafımızı yeni bir Konstitusiya ilə möhkəmləndirəcəyik. Atatürkün “Yuradda sülh, cahanda sülh” şüarını praktikada həyata keçirəcəyik. Bundan sonra qlobal problemilərin həllində daha çox səy göstərən, məzlumlara daha çox arxa çıxan bir Türkiyə görəcəyik”.
Rəcəb Tayyib Ərdoğan nəzərə çatdırıb ki, yeni dönəmdə terror təşkilatları ilə daha qətiyyətlə mübarizə aparan, Mavi Vətəndə haqlarını qətiyyətlə qoruyan, demokratik haqları daha çox qoruyan, daha aktiv bir Türkiyə olacaq:
“Türkiyənin adını bütün dünyada yüksəltməyə söz veririk. Türkiyənin, xalqımızın maraqlarını hər zəmində qoruyacağımıza söz veririk. Bu gündən Türkiyə Yüz İlinin inşası üçün bismillah deyirik”.
Türkiyə Prezidenti Cümhur İttifaqında təmsil olunan partiyaların liderlərinə, o cümlədən prezident seçkilərinin ikinci turunda ona dəstək verən Sinan Oğana da təşəkkürünü çatdırıb.