https://sputnik.az/20230603/erdogan-prezident-selahiyyetlerinin-icrasina-baslama-merasiminde-eliyeve-tesekkur-edib-455564963.html
Ərdoğan prezident səlahiyyətlərinin icrasına başlama mərasimində Əliyevə təşəkkür edib
Ərdoğan prezident səlahiyyətlərinin icrasına başlama mərasimində Əliyevə təşəkkür edib
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində... 03.06.2023, Sputnik Azərbaycan
2023-06-03T19:20+0400
2023-06-03T19:20+0400
2023-06-03T19:21+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/06/03/455562454_0:615:2048:1767_1920x0_80_0_0_acaa3ab34b7d035919f82bda4b103eff.jpg
BAKI, 3 iyun - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da mərasimdə iştirak ediblər.Ərdoğan Əliyevə bu mərasimə qatıldığı üçün təşəkkür edib: "Dəyərli qardaşım Azərbaycan Prezidentinə “xoş gəldin!” deyir, təşəkkür edirəm".Türkiyə Prezidenti mərasimə qatılan Özbəkistan, Venesuela, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan və digər dövlət başçılarına, Pakistan Baş naziri və NATO Baş katibinə də xüsusi təşəkkür edib.Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.Daha sonra o, ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə növbəti 5 il üçün prezident seçilib.Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.
https://sputnik.az/20230603/prezidenti-lham-eliyev-turkiyede-seferdedir-455559670.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/03/455562454_0:569:2048:2105_1920x0_80_0_0_6fc4abe374aff419fe603de0f30a2a4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, prezident ilham əliyev
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, prezident ilham əliyev
Ərdoğan prezident səlahiyyətlərinin icrasına başlama mərasimində Əliyevə təşəkkür edib
19:20 03.06.2023 (Yenilənib: 19:21 03.06.2023) Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak ediblər.
BAKI, 3 iyun - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da mərasimdə iştirak ediblər.
Ərdoğan Əliyevə bu mərasimə qatıldığı üçün təşəkkür edib:
"Dəyərli qardaşım Azərbaycan Prezidentinə “xoş gəldin!” deyir, təşəkkür edirəm".
Türkiyə Prezidenti mərasimə qatılan Özbəkistan, Venesuela, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan və digər dövlət başçılarına, Pakistan Baş naziri və NATO Baş katibinə də xüsusi təşəkkür edib.
Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.
Daha sonra o, ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə növbəti 5 il üçün prezident seçilib.
Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.
2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.