SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev və xanımı Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılıblar

© Photo : Twitter / EmineErdoganƏliyev və xanımı Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılıblar
Əliyev və xanımı Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılıblar - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Azərbaycan lideri və onun xanımı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə və prezident səlahiyyətlərinin icrasına başlama mərasimlərində iştirak ediblər.
BAKI, 3 iyun - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Ərdoğan Əliyevə bu mərasimə qatıldığı üçün təşəkkür edib:
"Dəyərli qardaşım Azərbaycan Prezidentinə “xoş gəldin!” deyir, təşəkkür edirəm".
***
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir.
Dövlət başçısını Ankaranın hava limanında Türkiyənin dövlət və hökumət nümayəndələri qarşılayıb.
Azərbaycan lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.
Ərdoğanın andiçmə mərasimi
Bu gün mayın 28-də növbəti dəfə Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.
Mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 15.00-da) başlayacaq.
Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın, NATO Baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.
Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.
R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.
2014 və 2018-ci illərdə Prezident seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2023
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğanın andiçmə mərasimində kimlər iştirak edəcək? Siyahı
Xəbər lenti
0