Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıya gəlib

© Flickr / IOCBeynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Tomas Baxın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Kristal Zalında keçirilən taekvondo üzrə 26-cı dünya çempionatını da izləyəcək.
BAKI, 3 iyun - Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycana gəlib.
70 yaşlı almaniyalı funksionerin rəhbərlik etdiyi nümayəndə heyəti artıq Bakıdadır.
BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək. Qonaqlar mundialın altıncı gününün bəzi döyüşlərinə “Kristal Zal”da baxacaq.
Bax səfər çərçivəsində bir sıra görüşlərdə iştirak edəcək. Onun Milli Olimpiya Komitəsi və Azərbaycan Teekvondo Federasiyasının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Bakıda taekvondo üzrə dünya çempionatına mayın 29-da start verilib. 29 may - 4 iyun tarixlərində keçirilən sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində çıxış edir.
Bakıdakı dünya çempionatı Dünya Taekvondosunun 50 illik yubileyinə təsadüf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0