https://sputnik.az/20230127/azerbaycan-en-cox-rusiyaya-nar-ixrac-edib---cedvel-451074255.html
Azərbaycan ən çox Rusiyaya nar ixrac edib - Cədvəl
Azərbaycan ən çox Rusiyaya nar ixrac edib - Cədvəl
Sputnik Azərbaycan
2022-ci ilin 11 ayı ərzində nar ixracının 85.0%-i Rusiyanın, 8.4%-i Ukraynanın, 4.3%-i Gürcüstanın, 1.6%-i Belarusun, 0.7%-i isə digər ölkələrin payına düşüb. 27.01.2023, Sputnik Azərbaycan
2023-01-27T09:31+0400
2023-01-27T09:31+0400
2023-01-27T09:31+0400
nar
iqtisadiyyat
ixrac
rusiya
azərbaycan
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436491460_0:256:2730:1792_1920x0_80_0_0_da02b965d5efc25457c6d292a6cd7820.jpg
BAKI, 27 yanvar — Sputnik. Azərbaycanın nar ixracından gəlirləri artıb. Keçən il nar ixracında həm miqdar həm də dəyər ifadəsində artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2022-ci ildə nar ixracından əldə olunan gəlir 2021-ci ilə nəzərən 7.9% artaraq 31.6 milyon ABŞ dolları olub. Ötən il xaricə 23.3 min ton nar göndərilib ki, bu da 2021-ci illə müqayisədə 1.6 min ton çoxdur. 2021-ci ildə nar ixracı 21.7 min ton olub. 2022-ci ilin 11 ayı ərzində nar ixracının 85.0%-i Rusiyanın, 8.4%-i Ukraynanın, 4.3%-i Gürcüstanın, 1.6%-i Belarusun, 0.7%-i isə digər ölkələrin payına düşüb. İlk yerdə Rusiya gəlir Azərbaycan ən çox narı Rusiyaya göndərib. Belə ki, 11 ayda Azərbaycandan Rusiyaya 23 milyon 600.8 min dollar dəyərində 15 min 325 ton nar ixrac edilib. Nar ixracında ikinci və üçüncü yerləri müvafiq olaraq Ukrayna və Gürcüstan bölüşür. Belə ki, 11 ayda Ukraynaya 794.8 min dollar dəyərində 1516 ton, Gürcüstana 300.7 min dollar dəyərində 775 ton nar ixrac edilib. Azərbaycan Avropa ölkələrinə nar ixrac etməyi planlaşdırır Qeyd edək ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov İqtisadiyyat Nazirliyinin "Telegram" kanalına deyib ki, Azərbaycanda nar istehsalının illik həcminin 180-190 min ton olduğu nəzərə alınarsa, ölkəmiz ilk illərdə Avropa bazarına 10 min tona yaxın nar məhsulu ixrac edə bilər. Onun sözlərinə görə, Azərbaycan bu il Mərkəzi və Şərqi Avropa ölkələrinə nar ixrac etməyi nəzərdə tutur. Avropa ölkələrində Azərbaycan narına marağın olduğunu söyləyən F.Qaraşov qeyd edib ki, ixracın həcminin nə qədər olacağı məhsulun maya dəyərinin formalaşmasında mühüm rol oynayan logistika xərclərindən də asılı olacaq. F.Qaraşov əlavə edib ki, İtaliya, İspaniya, Mərakeş, Misir və Türkiyədə yetişdirilən nar Avropa bazarında Azərbaycan məhsulları üçün rəqib hesab olunsa da, Azərbaycan narı öz dadı və keyfiyyətinə görə onlardan daha üstün sayılır. Assosiasiya sədri qeyd edib ki, ötən il narın məhsuldarlığının qənaətbəxş olmasına baxmayaraq, mövcud münaqişələr və logistik çətinliklərlə əlaqədar Azərbaycanın ənənəvi ixrac bazarlarında müəyyən problemlər müşahidə edilib. 2021-ci ildə də ən çox nar Rusiyaya göndərilib Xatırladaq ki, 2021-ci ildə nar ixracının 69.3%-i Rusiyanın, 22.9%-i Ukraynanın, 4.5%-i Gürcüstanın, 3.3%- isə digər ölkələrin payına düşüb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436491460_0:0:2730:2048_1920x0_80_0_0_79e31d188d9236e202cfff87ba425a68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nar, ixrac, rusiya, azərbaycan, dövlət gömrük komitəsi
nar, ixrac, rusiya, azərbaycan, dövlət gömrük komitəsi
Azərbaycan ən çox Rusiyaya nar ixrac edib - Cədvəl
2022-ci ilin 11 ayı ərzində nar ixracının 85.0%-i Rusiyanın, 8.4%-i Ukraynanın, 4.3%-i Gürcüstanın, 1.6%-i Belarusun, 0.7%-i isə digər ölkələrin payına düşüb.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycanın nar ixracından gəlirləri artıb. Keçən il nar ixracında həm miqdar həm də dəyər ifadəsində artım qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2022-ci ildə nar ixracından əldə olunan gəlir 2021-ci ilə nəzərən 7.9% artaraq 31.6 milyon ABŞ dolları olub. Ötən il xaricə 23.3 min ton nar göndərilib ki, bu da 2021-ci illə müqayisədə 1.6 min ton çoxdur. 2021-ci ildə nar ixracı 21.7 min ton olub.
2022-ci ilin 11 ayı ərzində nar ixracının 85.0%-i Rusiyanın, 8.4%-i Ukraynanın, 4.3%-i Gürcüstanın, 1.6%-i Belarusun, 0.7%-i isə digər ölkələrin payına düşüb.
Azərbaycan ən çox narı Rusiyaya göndərib. Belə ki, 11 ayda Azərbaycandan Rusiyaya 23 milyon 600.8 min dollar dəyərində 15 min 325 ton nar ixrac edilib.
Nar ixracında ikinci və üçüncü yerləri müvafiq olaraq Ukrayna və Gürcüstan bölüşür. Belə ki, 11 ayda Ukraynaya 794.8 min dollar dəyərində 1516 ton, Gürcüstana 300.7 min dollar dəyərində 775 ton nar ixrac edilib.
Azərbaycan Avropa ölkələrinə nar ixrac etməyi planlaşdırır
Qeyd edək ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov İqtisadiyyat Nazirliyinin "Telegram" kanalına deyib ki, Azərbaycanda nar istehsalının illik həcminin 180-190 min ton olduğu nəzərə alınarsa, ölkəmiz ilk illərdə Avropa bazarına 10 min tona yaxın nar məhsulu ixrac edə bilər.
Onun sözlərinə görə, Azərbaycan bu il Mərkəzi və Şərqi Avropa ölkələrinə nar ixrac etməyi nəzərdə tutur. Avropa ölkələrində Azərbaycan narına marağın olduğunu söyləyən F.Qaraşov qeyd edib ki, ixracın həcminin nə qədər olacağı məhsulun maya dəyərinin formalaşmasında mühüm rol oynayan logistika xərclərindən də asılı olacaq.
F.Qaraşov əlavə edib ki, İtaliya, İspaniya, Mərakeş, Misir və Türkiyədə yetişdirilən nar Avropa bazarında Azərbaycan məhsulları üçün rəqib hesab olunsa da, Azərbaycan narı öz dadı və keyfiyyətinə görə onlardan daha üstün sayılır.
Assosiasiya sədri qeyd edib ki, ötən il narın məhsuldarlığının qənaətbəxş olmasına baxmayaraq, mövcud münaqişələr və logistik çətinliklərlə əlaqədar Azərbaycanın ənənəvi ixrac bazarlarında müəyyən problemlər müşahidə edilib.
2021-ci ildə də ən çox nar Rusiyaya göndərilib
Xatırladaq ki, 2021-ci ildə nar ixracının 69.3%-i Rusiyanın, 22.9%-i Ukraynanın, 4.5%-i Gürcüstanın, 3.3%- isə digər ölkələrin payına düşüb.