Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qəbələ” ikinci dəfə Azərbaycan Kubokunu qazanıb

© Photo : REPORT Azərbaycan Kuboku
 Azərbaycan Kuboku - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Azərbaycan Kubokunun final oyununda "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib.
BAKI, 3 iyun - Sputnik. Bu gün “Bakcell Arena”da futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib.
“Neftçi” və “Qəbələ” arasında keçirilən görüşlə 2022/2023 mövsümünə yekun vurulub.
“Bakcell Arena”dakı matçın 90 dəqiqəsində qapılara qol vurulmadığından, daha 30 dəqiqə oynanılıb. Əlavə vaxtda "Qəbələ" hesabı açıb. 102-ci dəqiqədə İsnik Alimi penaltidən fərqlənərək, “qırmızı-qaralar”ı önə keçirib. Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub.
Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” tarixində 2-ci dəfə Azərbaycan Kubokuna yiyələnib. “Qırmızı-qaralar”, bunadək turnirdə yegənə uğuruna 2018/2019 mövsümündə nail olmuşdu. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda 4 illik həsrətə son qoyub.
***
“Bakcell Arena”da futbol üzrə Azərbaycan Kubokunun final oyununa start verilib. Həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Bundan əvvəl hər iki komandanın start heyətləri açıqlanıb.
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Xəbər lenti
0