https://sputnik.az/20230601/umid-edirik-baki-ve-revan-munasibetleri-normallasdirmaq-iradesini-tesdiqleyecek---misel-455495620.html
Növbəti beştərəfli görüşün tarixi məlum olub
Növbəti beştərəfli görüşün tarixi məlum olub
Sputnik Azərbaycan
Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T20:29+0400
2023-06-01T20:29+0400
2023-06-01T22:42+0400
şarl mişel
siyasət
prezident ilham əliyev
ermənistanın baş naziri nikol paşinyan
moldova
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455515564_0:141:2712:1667_1920x0_80_0_0_7a38604a0213bcf0e917b4ed30ae62c6.jpg
BAKI, 1 iyun — Sputnik. Oktyabrın 5-də İspaniyada Azərbaycan və Ermənistan liderlərinin Avropa Şurası, Almaniya və Fransa rəhbərləri ilə növbəti beştərəfli görüşü keçiriləcək.Bunu Aİ Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.***“Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu”.“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar.İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.***Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün siyasi iradə təsdiqlənəcək. Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Moldovada bildirib. Moldovanın Kişineudan 45 kilometr aralıda yerləşən Bulboaka kəndində Avropa Siyasi Birliyinin sammiti keçirilir. Mişelin Paşinyan və Əliyevlə danışıqları bu sammit çərçivəsində planlaşdırılır. Sammit çərçivəsində Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının sədri və Azərbaycan prezidenti arasında da beştərəfli görüş baş tutacaq. "Bu gün keçiriləcək görüş çox mühümdür. Artıq bir neçə həftə əvvəl Brüsseldə Ermənistan və Azərbaycanın liderləri ilə görüşmək imkanım olub. Biz müəyyən irəliləyiş əldə etmişik. Ümid edirəm ki, bu, iki tərəf arasında münasibətləri normallaşdırmaq, ümumi siyasi iradənin bir daha təsdiqlənməsi üçün bir fürsət olacaq", - deyə o bildirib. Bundan əvvəl Ermənistan və Azərbaycan liderləri mayın 14-də Mişelin iştirakı ilə Brüsseldə, mayın 25-də isə Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə danışıqlar aparıblar.
https://sputnik.az/20230601/sarl-misel-azerbaycan-ve-ermenistan-liderleri-arasinda-bugunku-gorus-cox-vacibdir-455493253.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455515564_151:0:2562:1808_1920x0_80_0_0_931561b5d2b1c658c216266b113e9551.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şarl mişel, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan, moldova
şarl mişel, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan, moldova
Növbəti beştərəfli görüşün tarixi məlum olub
20:29 01.06.2023 (Yenilənib: 22:42 01.06.2023) Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar.
BAKI, 1 iyun — Sputnik. Oktyabrın 5-də İspaniyada Azərbaycan və Ermənistan liderlərinin Avropa Şurası, Almaniya və Fransa rəhbərləri ilə növbəti beştərəfli görüşü keçiriləcək.
Bunu Aİ Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.
“Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.
Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar.
İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün siyasi iradə təsdiqlənəcək. Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Moldovada bildirib.
Moldovanın Kişineudan 45 kilometr aralıda yerləşən Bulboaka kəndində Avropa Siyasi Birliyinin sammiti keçirilir.
Mişelin Paşinyan və Əliyevlə danışıqları bu sammit çərçivəsində planlaşdırılır. Sammit çərçivəsində Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının sədri və Azərbaycan prezidenti arasında da beştərəfli görüş baş tutacaq.
"Bu gün keçiriləcək görüş çox mühümdür. Artıq bir neçə həftə əvvəl Brüsseldə Ermənistan və Azərbaycanın liderləri ilə görüşmək imkanım olub. Biz müəyyən irəliləyiş əldə etmişik. Ümid edirəm ki, bu, iki tərəf arasında münasibətləri normallaşdırmaq, ümumi siyasi iradənin bir daha təsdiqlənməsi üçün bir fürsət olacaq", - deyə o bildirib.
Bundan əvvəl Ermənistan və Azərbaycan liderləri mayın 14-də Mişelin iştirakı ilə Brüsseldə, mayın 25-də isə Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə danışıqlar aparıblar.