SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şarl Mişel: "Azərbaycan və Ermənistan liderləri arasında bugünkü görüş çox vacibdir"

© AFP 2024 / NIALL CARSONШарль Мишель
Шарль Мишель - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Avropa İttifaqı Şurasının Prezidenti ümid edir ki, Azərbaycan və Ermənistan liderləri arasında bugünkü görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ümumi siyasi iradənin təsdiqlənməsi üçün fürsət olacaq.
BAKI, 1 iyun — Sputnik. "Azərbaycan və Ermənistan liderlərinin bu gün baş tutacaq görüşü çox vacibdir".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi" 2-ci zirvə toplantısının açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Bugünkü görüş çox mühümdür. Mənim bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım olub", - deyə o bildirib.
Ş.Mişel danışıqlarda müəyyən irəliləyişlərin olduğunu söyləyib.
Avropa İttifaqı Şurasının Prezidenti ümid edir ki, Azərbaycan və Ermənistan liderləri arasında bugünkü görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ümumi siyasi iradənin təsdiqlənməsi üçün fürsət olacaq.
Qeyd edək ki, “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə beştərəfli görüş keçiriləcək.
Xəbər lenti
0