Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Raziyyat Əliyevanı döyməkdə şübhəli bilinən şəxs saxlanılıb

© AFP 2023 / LUIS ROBAYOHəbs
Həbs - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
BAKI, 1 iyun - Sputnik. Vətəndaş Raziyyat Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb.
DİN mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonu Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törətməsi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Рази Алиева - Sputnik Azərbaycan, 1920, 31.05.2023
CƏMİYYƏT
Azərbaycanlı modelin evli olan sevgilisi tərəfindən döyülməsini polis araşdırır
Xəbər lenti
0