CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya haqları bəlli olub

© AP Photo / Charlie RiedelAvtomobillərin utilizasiyası
Avtomobillərin utilizasiyası - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
"Təmiz Şəhər" ASC-nin Hüquq şöbəsinin müdir müavini bildirib ki, 1-3 il istehsal müddəti olan avtomobillər üçün ümumiyyətlə utilizasiya haqqı nəzərdə tutulmayıb.
BAKI, 1 iyun — Sputnik. Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Təmiz Şəhər" ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib.
"1-3 il istehsal müddəti olan avtomobillər üçün ümumiyyətlə utilizasiya haqqı nəzərdə tutulmayıb. 4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələlik dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək.
Bu, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.
Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.
Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.
Qanun qəbul ediləcəyi halda bu prosedurlar 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.
Мужчина ставит подпись на документе, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2023
CƏMİYYƏT
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq
Xəbər lenti
0