CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq

© Joe Raedle / Getty Images / AFPМужчина ставит подпись на документе, фото из архива
Мужчина ставит подпись на документе, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Qanun qəbul ediləcəyi halda fondun yaradılmasına dair müddəa 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.
BAKI, 1 iyun — Sputnik. Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq.
Bu, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşəcək:
- utilizasiyası haqqı;
- kreditlər və qrantlar;
- hüquqi və fiziki şəxslərin könüllü ianələri;
- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
- qanunla qadağan olunmayan digər mənbələr.
Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Qanun qəbul ediləcəyi halda fondun yaradılmasına dair müddəa 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.
Xəbər lenti
0