Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Premyer Liqanın dəyəri artıb: Ən bahalı klub "Qarabağ"dır

© Sputnik / Murad OrujovFutbol topları
Futbol topları - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Hazırda yüksək dəstədə çıxış edən klubların ümumi dəyəri 71,4 milyon avrodur.
BAKI, 31 may — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının dəyəri artıb.
Bu, "Transfermarkt" saytının yenilədiyi son siyahıda öz əksini tapıb.
Hazırda yüksək dəstədə çıxış edən klubların ümumi dəyəri 71,4 milyon avrodur. Bunadək isə göstərici 67,9 milyon avro olub.
Məbləğin təqribən 1/5-i "Qarabağ"ın payına düşür - 14,45 milyon avro. İkinci sırada 9,68 milyon avro ilə "Sabah" qərarlaşıb. Futbolçu heyətinin ümumi dəyəri 8,95 milyon avro olan "Neftçi" ilk "üçlüy"ü tamamlayır.
Ümumi sıralama isə aşağdakı kimidir:
1. "Qarabağ" - 14,45 milyon avro
2. "Sabah" - 9,68 milyon avro
3. "Neftçi" - 8,95 milyon avro
4. "Zirə" - 8,4 milyon avro
5. "Qəbələ" - 6,5 milyon avro
6. "Turan Tovuz" - 5,98 milyon avro
7. "Sumqayıt" - 4,93 milyon avro
8. "Səbail" - 4,85 milyon avro
9. "Kəpəz" - 4,08 milyon avro
10. "Şamaxı" - 3,6 milyon avro (Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0