https://sputnik.az/20230531/pasinyan-2021-ci-ilde-biz-tekce-demokratiyani-deyil-dovleti-de-itirerdik-455438690.html
Paşinyan: 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik
Paşinyan: 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik
Sputnik Azərbaycan
Ermənistan Baş naziri bildirib ki, Ukrayna hadisələri başlayanda Ermənistan beynəlxalq platformalarda müxtəlif səsvermələr də daxil olmaqla, müəyyən dərəcədə... 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T20:00+0400
2023-05-31T20:00+0400
2023-05-31T20:00+0400
nikol paşinyan
dünya xəbərləri
ermənistan
demokrat
demokratiya
ktmt
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435833_0:160:3072:1888_1920x0_80_0_0_228a928e98dec05fc1df8a7d9e66efab.jpg
BAKI, 31 may — Sputnik. Ukrayna hadisələri kontekstində Ermənistanın manevr imkanları getdikcə daralır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanda illik "Erməni Demokratiya Forumu"nda çıxışı zamanı deyib. Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri başlayanda Ermənistan beynəlxalq platformalarda müxtəlif səsvermələr də daxil olmaqla, müəyyən dərəcədə balanslı mövqe tutmağa çalışıb və bu mövqe bütün tərəfdaşlar tərəfindən məmnunluqla qarşılanıb. "Amma aydındır ki, zaman keçdikcə Ermənistan və hamı üçün manevr imkanları daralır. Bu, hamı üçün, xüsusən də Ermənistan üçün çox ciddi çağırış və problemdir", - baş nazir əlavə edib. Demokratiya və KTMT müttəfiqləri ilə münasibətlər kontekstində Paşinyan bildirib ki, əgər hərəkətlərimiz "düz xətli" olsaydı, 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik. Bunda heç bir şişirtmə yoxdur. Bundan əvvəl Paşinyan bəyan edib ki, son aylar Qərb tərəfdaşları ilə keçirilən bütün görüşlərdə sanksiyalar rejiminə əməl olunması məsələsi qaldırılıb. "Birincisi, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Rusiya ilə dərin strateji və tərəfdaşlıq münasibətlərinə malikdir. Ermənistan Qərbin sanksiyalarına məruz qala bilməz", - deyə Paşinyan qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230531/-pasinyan-ermenistanda-demokratiyaya-tehluke-oldugunu-aciqlayib-455426025.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435833_171:0:2902:2048_1920x0_80_0_0_a6b64de1a82a25c7b268d8bc83e48313.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, ermənistan, demokrat, demokratiya, ktmt
nikol paşinyan, ermənistan, demokrat, demokratiya, ktmt
Paşinyan: 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik
Ermənistan Baş naziri bildirib ki, Ukrayna hadisələri başlayanda Ermənistan beynəlxalq platformalarda müxtəlif səsvermələr də daxil olmaqla, müəyyən dərəcədə balanslı mövqe tutmağa çalışıb.
BAKI, 31 may — Sputnik. Ukrayna hadisələri kontekstində Ermənistanın manevr imkanları getdikcə daralır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanda illik "Erməni Demokratiya Forumu"nda çıxışı zamanı deyib.
Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri başlayanda Ermənistan beynəlxalq platformalarda müxtəlif səsvermələr də daxil olmaqla, müəyyən dərəcədə balanslı mövqe tutmağa çalışıb və bu mövqe bütün tərəfdaşlar tərəfindən məmnunluqla qarşılanıb.
"Amma aydındır ki, zaman keçdikcə Ermənistan və hamı üçün manevr imkanları daralır. Bu, hamı üçün, xüsusən də Ermənistan üçün çox ciddi çağırış və problemdir", - baş nazir əlavə edib.
Demokratiya və KTMT müttəfiqləri ilə münasibətlər kontekstində Paşinyan bildirib ki, əgər hərəkətlərimiz "düz xətli" olsaydı, 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik. Bunda heç bir şişirtmə yoxdur.
Bundan əvvəl Paşinyan bəyan edib ki, son aylar Qərb tərəfdaşları ilə keçirilən bütün görüşlərdə sanksiyalar rejiminə əməl olunması məsələsi qaldırılıb.
"Birincisi, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Rusiya ilə dərin strateji və tərəfdaşlıq münasibətlərinə malikdir. Ermənistan Qərbin sanksiyalarına məruz qala bilməz", - deyə Paşinyan qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.