https://sputnik.az/20230531/-pasinyan-ermenistanda-demokratiyaya-tehluke-oldugunu-aciqlayib-455426025.html
Paşinyan Ermənistanda demokratiyaya təhlükə olduğunu açıqlayıb
Paşinyan Ermənistanda demokratiyaya təhlükə olduğunu açıqlayıb
Sputnik Azərbaycan
Hökumət başçısı ümid edir ki, demokratiya bundan sonra da ölkənin əsas brendlərindən biri olacaq və bu brend yüksək iqtisadi artım, eləcə də sülhlə müşayiət... 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T15:06+0400
2023-05-31T15:06+0400
2023-05-31T15:06+0400
nikol paşinyan
dünya xəbərləri
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452187401_0:0:3073:1728_1920x0_80_0_0_7e34988f9a03ef9cb9b780947f21096f.jpg
BAKI, 31 may — Sputnik. Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricidir. Bunu Yerevanda illik "Erməni Demokratiya Forumu"nda çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bu təhdidlər hamıya yaxşı məlumdur və aşkardır. "Lakin bizim hamımızı düşündürən ən aktual məsələ demokratiyanın təhlükəsizliyini təmin etməyə qadir olduğumuzu sübut edib, cavab verə bilməyimizdir. Bu, həqiqətən də vacib məsələdir və biz hamımız inanırıq ki, buna müsbət cavab var. Amma bunu hələ sübut etmək lazımdır", - deyə o, qeyd edib. Hökumət başçısı Ermənistanda mətbuat, internet və seçki azadlığını nailiyyət deyil, adi hal adlandırıb. Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda "rəngli inqilab" baş verəndə inqilabdan sonrakı eyforiya şəraitində hökumət sadəcə olaraq söz azadlığını məhdudlaşdırmağa zərurət görmürdü. "2021-ci ildə eyni növbədənkənar seçkilər demokratik dəyərlərə sadiqliyi nümayiş etdirdi", - deyə o əlavə edib. "Təbii ki, bu seçkilər qüsursuz keçmədi. Siyasi ab-hava, siyasi mədəniyyət həll edilməli olan məsələlərdir", - Paşinyan deyib. Baş nazir bəyan edib ki, demokratiyanın daha da inkişafına yönəlmiş bir çox institusional islahatlar hələ də davam edir. Onlar insan hüquqlarının müdafiəsinin daha yüksək səviyyəsinə, qanunun aliliyinə, korrupsiyaya qarşı mübarizəyə gətirib çıxarmalıdır. O, əmindir ki, iqtisadiyyatda mövcud müsbət nəticələr daha çox azadlıq səviyyəsi ilə bağlıdır. "İqtisadiyyat dövlət tərəfindən idarə olunsaydı, xüsusilə də müharibədən sonrakı dövrdə ölkədə çox ciddi və dərin problemlər yaranardı. Amma azadlıq iqtisadiyyata "çatdığı" üçün ən çətin anda köməyimizə çatdı", - Baş nazir vurğulayıb. Paşinyan ümid edir ki, demokratiya bundan sonra da ölkənin əsas brendlərindən biri olacaq və bu brend yüksək iqtisadi artım, eləcə də sülhlə müşayiət olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230531/ermenistan-prezidenti-biz-sulhe-dogru-gedirik-455425886.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452187401_163:0:2894:2048_1920x0_80_0_0_566b6446922b370710b89f35dc6fdab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, ermənistan
nikol paşinyan, ermənistan
Paşinyan Ermənistanda demokratiyaya təhlükə olduğunu açıqlayıb
Hökumət başçısı ümid edir ki, demokratiya bundan sonra da ölkənin əsas brendlərindən biri olacaq və bu brend yüksək iqtisadi artım, eləcə də sülhlə müşayiət olunacaq.
BAKI, 31 may — Sputnik. Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricidir. Bunu Yerevanda illik "Erməni Demokratiya Forumu"nda çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu təhdidlər hamıya yaxşı məlumdur və aşkardır.
"Lakin bizim hamımızı düşündürən ən aktual məsələ demokratiyanın təhlükəsizliyini təmin etməyə qadir olduğumuzu sübut edib, cavab verə bilməyimizdir. Bu, həqiqətən də vacib məsələdir və biz hamımız inanırıq ki, buna müsbət cavab var. Amma bunu hələ sübut etmək lazımdır", - deyə o, qeyd edib.
Hökumət başçısı Ermənistanda mətbuat, internet və seçki azadlığını nailiyyət deyil, adi hal adlandırıb. Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda "rəngli inqilab" baş verəndə inqilabdan sonrakı eyforiya şəraitində hökumət sadəcə olaraq söz azadlığını məhdudlaşdırmağa zərurət görmürdü.
"2021-ci ildə eyni növbədənkənar seçkilər demokratik dəyərlərə sadiqliyi nümayiş etdirdi", - deyə o əlavə edib.
"Təbii ki, bu seçkilər qüsursuz keçmədi. Siyasi ab-hava, siyasi mədəniyyət həll edilməli olan məsələlərdir", - Paşinyan deyib.
Baş nazir bəyan edib ki, demokratiyanın daha da inkişafına yönəlmiş bir çox institusional islahatlar hələ də davam edir. Onlar insan hüquqlarının müdafiəsinin daha yüksək səviyyəsinə, qanunun aliliyinə, korrupsiyaya qarşı mübarizəyə gətirib çıxarmalıdır.
O, əmindir ki, iqtisadiyyatda mövcud müsbət nəticələr daha çox azadlıq səviyyəsi ilə bağlıdır.
"İqtisadiyyat dövlət tərəfindən idarə olunsaydı, xüsusilə də müharibədən sonrakı dövrdə ölkədə çox ciddi və dərin problemlər yaranardı. Amma azadlıq iqtisadiyyata "çatdığı" üçün ən çətin anda köməyimizə çatdı", - Baş nazir vurğulayıb.
Paşinyan ümid edir ki, demokratiya bundan sonra da ölkənin əsas brendlərindən biri olacaq və bu brend yüksək iqtisadi artım, eləcə də sülhlə müşayiət olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.