SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kişineuda Azərbaycan və Moldova prezidentlərinin görüşü olub

© Official website of President of Azerbaijan RepublicKişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub
Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sandunu Azərbaycana səfərə dəvət edib.
BAKI, 31 may - Sputnik. Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.
Onlar əvvəlcə birgə foto çəkdiriblər.
Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib.
“Avropa siyasi birliyi”nin Zirvə Toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran Prezident İlham Əliyev belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirilib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edilib, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunulub, əlaqələrimizin perspektivləri müzakirə olunub.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.
Beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulanıb.
Maya Sandu “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirib.
Dövlətimizin başçısı Moldova Prezidentini Azərbaycana səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.
***
Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.
Prezidentlər görüşdən əvvəl birgə foto çəkdiriliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.
Kişineu (Kişinyov) şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıblar.
İyunun 1-də Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək. Sammit Moldovanın paytaxtı Kişineuda baş tutacaq.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Moldovada Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev Moldovaya səfərə gedib - Sputnik Azərbaycan, 1920, 31.05.2023
SİYASƏT
Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya gedib: Paşinyanla görüş olacaq
Xəbər lenti
0