SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya gedib: Paşinyanla görüş olacaq

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Moldovaya səfərə gedib
İlham Əliyev Moldovaya səfərə gedib - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Şarl Mişel deyib ki, bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir.
BAKI, 31 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.
Kişineu (Kişinyov) şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını rəsmi şəxslər qarşılayıblar.
İyunun 1-də Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək. Sammit Moldovanın paytaxtı Kişineuda baş tutacaq.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Moldovada Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyini bildirib:
“Bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir. Rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əhəmiyyət kəsb edir. Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.
Məlumat üçün bildirək ki, sammitdə iştirak üçün 47 ölkənin dövlət və hökumət başçılarına rəsmi dəvət göndərilib. Toplantıda əsasən regional və qlobal problemlər müzakirə olunacaq.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk iclası ötən ilin oktyabr ayında Avropa İttifaqına (Aİ) rəhbərlik edən Çexiyanın paytaxtı Praqa şəhərində keçirilib. Zirvə toplantısına Avropa İttifaqına üzv olan, üzv olmaq istəyən və istəməyən, əvvəllər təşkilatın üzvü olan bir çox ölkə dəvət olunub. Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İsrail və Böyük Britaniyanın da dövlət və hökumət başçıları zirvə toplantısında iştirak edib.
Azərbaycan Prezidentinin əvvəlcə Moldovaya, iyunun 2-də isə Türkiyəyə səfəri gözlənilir. Belə ki, iyunun 2-də Türkiyənin yenidən prezidenti seçilən AKP lideri Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Mərasimə başda Prezident İlham Əliyev olmaqla bir sıra dövlət rəhbərləri dəvət olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev və Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.05.2023
SİYASƏT
Aİ Kişinyovda Paşinyan, Əliyev, Makron, Şolts və Mişelin "böyük görüşü"nü hazırlayır
Xəbər lenti
0