https://sputnik.az/20230531/azerbaycanin-2-taekvondocusu-dunya-cempionatinda-18-finala-yukselib-455439192.html
Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib
Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib
Sputnik Azərbaycan
Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib. Döyüş olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. 31.05.2023, Sputnik Azərbaycan
2023-05-31T14:38+0400
2023-05-31T14:38+0400
2023-05-31T14:47+0400
taekvondo
idman
https://cdnn1.img.sputnik.az/img/42320/22/423202217_0:203:3042:1914_1920x0_80_0_0_22fbe4e062b1c861b9a5444b8606bba7.jpg
BAKI, 31 may — Sputnik. Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının üçüncü günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olacaq. Kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumareyə (Seneqal) qarşı keçirib. Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. O, 1/8 finalda Migel Treyosla (Kolumbiya) döyüşəcək. Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib. Döyüş olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, 2:1 hesabı ilə qalib gəlib. Abakarova 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə qarşılaşacaq. Patimat Abakarova (49 kq) isə 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkəcək. 87 kq çəkidə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, mundialın üçüncü günündə 3 çəki dərəcəsində qaliblər bəlli olacaq. Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. (APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42320/22/423202217_338:0:3042:2028_1920x0_80_0_0_556f711c28a1f07d361d9ad70e7ef9c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taekvondo
Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəlib
14:38 31.05.2023 (Yenilənib: 14:47 31.05.2023) Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib. Döyüş olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb.
BAKI, 31 may — Sputnik. Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının üçüncü günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumareyə (Seneqal) qarşı keçirib. Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. O, 1/8 finalda Migel Treyosla (Kolumbiya) döyüşəcək.
Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib. Döyüş olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, 2:1 hesabı ilə qalib gəlib. Abakarova 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə qarşılaşacaq. Patimat Abakarova (49 kq) isə 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkəcək.
87 kq çəkidə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, mundialın üçüncü günündə 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. (APA)