https://sputnik.az/20230530/a-kisinyovda-pasinyan-eliyev-makron-solts-ve-miselin-boyuk-gorusunu-hazirlayir-455410373.html
Aİ Kişinyovda Paşinyan, Əliyev, Makron, Şolts və Mişelin "böyük görüşü"nü hazırlayır
Aİ Kişinyovda Paşinyan, Əliyev, Makron, Şolts və Mişelin "böyük görüşü"nü hazırlayır
Sputnik Azərbaycan
Diplomat görüşün təfərrüatları və proqramı barədə ətraflı məlumat verməyib, yalnız onun sammit çərçivəsində baş tutacağını vurğulayıb. 30.05.2023, Sputnik Azərbaycan
2023-05-30T18:42+0400
2023-05-30T18:42+0400
2023-05-31T15:14+0400
prezident ilham əliyev
siyasət
nikol paşinyan
emmanuel makron
almaniya
azərbaycan
fransa
https://cdnn1.img.sputnik.az/img/42316/33/423163356_0:52:996:612_1920x0_80_0_0_4e69aacc7c4b49b4ea93ff138d11fff3.jpg
BAKI, 30 may — Sputnik. Avropa İttifaqı mayın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts, eləcə də Avropa Şurasının sədri Şarl Mişel arasında Avropa siyasi toplantısının Kişinyov sammiti çərçivəsində "böyük görüş"ə hazırlaşır. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Şarl Mişel məlumat verib. Diplomat görüşün təfərrüatları və proqramı barədə ətraflı məlumat verməyib, yalnız onun sammit çərçivəsində baş tutacağını vurğulayıb. Bundan əvvəl Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində imzalana biləcək sənədlə bağlı razılığa gəliblər. Avropa Siyasi Birliyi Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən yaradılıb. Bu platforma Avropa ölkələrinin qitə boyu fəaliyyətlərinin siyasi koordinasiyası və Ukrayna və Moldova da daxil olmaqla Aİ-dən kənar tərəfdaşlarla daha sıx dialoq üçün nəzərdə tutulub. Onun ilk sammiti 2022-ci ilin oktyabrında Praqada keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42316/33/423163356_104:0:996:669_1920x0_80_0_0_98f4ff76681b58c0018b90ef1ca59528.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, nikol paşinyan, emmanuel makron, almaniya, azərbaycan, fransa
prezident ilham əliyev, nikol paşinyan, emmanuel makron, almaniya, azərbaycan, fransa
Aİ Kişinyovda Paşinyan, Əliyev, Makron, Şolts və Mişelin "böyük görüşü"nü hazırlayır
18:42 30.05.2023 (Yenilənib: 15:14 31.05.2023) Diplomat görüşün təfərrüatları və proqramı barədə ətraflı məlumat verməyib, yalnız onun sammit çərçivəsində baş tutacağını vurğulayıb.
BAKI, 30 may — Sputnik. Avropa İttifaqı mayın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts, eləcə də Avropa Şurasının sədri Şarl Mişel arasında Avropa siyasi toplantısının Kişinyov sammiti çərçivəsində "böyük görüş"ə hazırlaşır. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Şarl Mişel məlumat verib.
"Təsdiq edə bilərəm ki, Ermənistan və Azərbaycan liderləri ilə görüş olacaq. Sabah prezident Makron və Almaniya kansleri Olaf Şoltsla birgə böyük görüş olacaq. Bu, bizim üçün böyük bir işdir və biz bunu səylə hazırlayırıq", - o deyib.
Diplomat görüşün təfərrüatları və proqramı barədə ətraflı məlumat verməyib, yalnız onun sammit çərçivəsində baş tutacağını vurğulayıb.
Bundan əvvəl Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində imzalana biləcək sənədlə bağlı razılığa gəliblər.
Avropa Siyasi Birliyi Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən yaradılıb. Bu platforma Avropa ölkələrinin qitə boyu fəaliyyətlərinin siyasi koordinasiyası və Ukrayna və Moldova da daxil olmaqla Aİ-dən kənar tərəfdaşlarla daha sıx dialoq üçün nəzərdə tutulub. Onun ilk sammiti 2022-ci ilin oktyabrında Praqada keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.