DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Prezidenti: "Biz sülhə doğru gedirik"

© Sputnik / Aram Nersesyan Vaaqn Xaçaturyan
 Vaaqn Xaçaturyan - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Ermənistan prezidenti bildirib ki, uzun illər onları inandırmağa çalışırdılar ki, demokratik sistem milli təhlükəsizliyə təhdiddir.
BAKI, 31 may — Sputnik. Demokratiyanın güclənməsi ölkənin xarici təhlükəsizliyini təhdid etmir. Bunu İrəvanda keçirilən "Erməni Demokratiya Forumu"nda Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
Prezident əlavə edib ki, Ermənistan ümumbəşəri dəyərlərə sadiqliyini bəyan edib.
"Demokratiyanın formalaşması çətin illərdə, dövlət aparatındakı çirkin hadisələr və hərbiləşmiş reallıqlar fonunda baş verdi. Lakin 2020-ci il müharibəsindən sonra da ölkə hakimiyyəti demokratiya prinsiplərindən kənara çıxmadı və ən məqbul yolu - seçki yolunu tutdu", - deyə prezident əlavə edib.
"Uzun illər bizi inandırmağa çalışırdılar ki, demokratik sistem milli təhlükəsizliyə təhdiddir. Bu, əsassızdır: onlar bir-birini tamamlayırlar. Müharibə şəraitində Ermənistan demokratik referendum və seçkilər yolu ilə müstəqil dövlət yarada bildi. 2020-ci il müharibəsindən sonra ölkə yenidən demokratiyada həll yolunu seçdi və indi biz sülhə doğru gedirik", - Xaçaturyan deyib.
Qeyd edək ki, forumda Ermənistan baş naziri Nikol Paşinyan, hökumət üzvləri və deputatlar da iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0