Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Xüsusi Hərbi Əməliyyat: Rusiya qoşunlarına Artyomovskdan qərbdə əməliyyat sahəsi açılıb

© Sputnik / Mediabanka keçidArtyomovsk
Artyomovsk - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Abunə olmaq
Sputnikin hərbi icmalçısı Aleksandr Xrolenko qeyd edir ki, "Baxmut qalası"nın süqutundan sonra Rusiya ordusu qərb əməliyyat istiqamətində hücuma keçmək və Donbas, Zaporojye və Xerson rayonlarını tamamilə azad etmək üçün yaxşı imkanlar əldə edib.
BAKI, 30 may — Sputnik. Rusiya Silahlı Qüvvələri (RSQ) düşmənin əməliyyat arxasının bütün dərinliyinə intensiv yüksək dəqiqlikli zərbələr endirməkdə davam edir. Ukrayna Silahlı Qüvvələrinin (USQ) bu yaxınlarda vəd edilmiş yaz "əks-hücum"u yay ərəfəsində hələ də yalnız paralel reallıqda və qərb nəşrlərində inkişaf edir.
Mayın 29-da səhər Ukraynanın paytaxtında, eləcə də Kiyevin (Julyanı hava limanı) Dnepropetrovsk, Sumı və Çerniqov vilayətlərində hava hücumu ilə, xaotik hava hücumundan müdafiə tədbirlərilə və Ukrayna Silahlı Qüvvələrin obyektlərində güclü partlayışlarla başlayıb.
Ötən gecə Rusiya Silahlı Qüvvələri Odessa, Kiyev, Kremençuq, Vinnitsa, Xarkov və Xmelnitski vilayətlərindəki hərbi obyektlərə birgə zərbələr endirib. Odessa limanı yanır. Rusiya qanadlı raketləri Ukraynanın qərb bölgələrinə çatıb – Lvov vilayətində "bir neçə ayın ən intensiv raket hücumu" barədə məlumat verilib. Birbaşa Lvovda USQ-nin mühüm obyektləri və Qərb silahlarının Kiyev rejiminə keçdiyi regional nəqliyyat və logistika qovşaqları partladılıb.
Mayın 28-də səhər Kiyev və Jitomir sakinləri üçün arsenalların güclü partlayışları, Ukrayna Silahlı Qüvvələrinin onlarla obyektlərinin yanması ilə yadda qalıb. Kiyev hərbi administrasiyası bu zərbələri xüsusi hərbi əməliyyat (XHƏ) zamanı "ən kütləvi" adlandırıb. Rusiya Müdafiə Nazirliyi USQ-nin komanda məntəqələrinə, radiolokasiya stansiyalarına, aviasiya və silah-sursat anbarlarına zərbələrin endirilməsini təsdiqləyib.
"Kinjal"lar, "İsgəndər"lər, qanadlı raketlər və "Geran" pilotsuz təyyarələrin müxtəlif çalarları ilə artan apokalipsis təxminən on gündür Ukraynada müşahidə olunur və Rusiyanın hücumundan əvvəl "artilleriya hazırlığı" kimi görünür.
Bu fonda Konstantinovka və Kramatorskda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının yerləşdirilmə məntəqələrinə ayrı-ayrı hava hücumları barədə məlumatlar bir qədər yoxa çıxır.
Yenə də "Baxmut qalası" nın süqutundan sonra məhz burada, Donbasda Rusiya ordusu əməliyyat genişliyini, hücuma keçmək və Çasov Yar, Kramatorsk, Slavyansk, Drujkovka və Konstantinovkanın azad edilməsi üçün yaxşı imkanlar əldə edib.
Bu yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin müdafiə xətlərini dəf etdikdən sonra Rusiya qoşunlarının sürətlə Dneprə sıçrayışı və bundan isə bütün sol sahilləri ələ keçirməsi mümkündür.
Qərb niyə qələbəyə inanıb?
Qərb analitikləri hesab edirlər ki, Artyomovskdan beş kilometr məsafədə yerləşən Çasov Yar şəhəri Donbasdakı Rusiya komandanlığının prioritet hədəfinə çevriləcək. Onlar xəbərdarlıq edirlər ki, döyüş meydanındakı vəziyyət artıq hərbi səylərini eyni səviyyədə saxlaya bilməyən Ukrayna üçün "çox da yaxşı görünmür".
ABŞ-ın "Military Watc" hərbi-analitik nəşri xüsusi qeyd edib ki, "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) 60.000 müqaviləli əsgəri 224 gün ərzində Artyomovskda Ukrayna ordusunun ən yaxşı qüvvələrini metodik və inamla məhv edib.
Bu fakt Ukraynanın dinamik şəkildə modernləşən və yenidən silahlanan Rusiya ordusunun əsas qüvvələrinə qarşı döyüşmək qabiliyyətini şübhə altına alır. Məsələn, hər ay 100-dən çox dünyanın ən yaxşı, güclü və NATO silahları tərəfindən məğlub edilməyən yeni T-90M tankı əldə edir.
Mayın 27-də Kiyev növbəti dəfə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının qaçılmaz olduğunu bəyan edib: "Bizə məxsus olanı qaytarmağın vaxtı çatıb". Lakin qaçılmazlıqla yanaşı, qeyri-müəyyənlik də artır - Kiyevin baş aktyoru Vladimir Zelenski tərəddüd edir.
Almaniya kəşfiyyatı belə nəticəyə gəlib ki, Qərbin bütün dəstəyi ilə USQ-nin qalib gəlmək şansı yoxdur, heç əvvəldən də olmayıb. Alman kəşfiyyat xidmətinin rəhbəri Bruno Kal vurğulayıb: "Rusiya hələ də uzun müddət müharibə aparmağa qadirdir. Bu, eyni dərəcədə ölkənin yeni əsgərlər cəlb etmək qabiliyyətinə və silah-sursat istehsal etmək qabiliyyətinə də aiddir".
İngiltərənin "Sky News" telekanalı xəbər verir ki, Rusiya ilə döyüşdə NATO silahları Ukrayna ordusunu çox məyus edəcək və bu, hətta "möcüzəvi" F-16 qırıcılarına da aiddir.
Xatırladım ki, Kiyevdə hesab edirlər ki, "Ukraynanın azad edilməsi" üçün cəmi 48 F-16 qırıcısı lazımdır.
ABŞ-ın "Newsweek" nəşri hərbi ekspertlərə istinadən iddia edir ki, Qərbin vəd etdiyi bütün tankların alınması Ukrayna Silahlı Qüvvələrinin bütün problemlərini həll etməyəcək – bu, mütəxəssislərin bacarıqlarını artırmayacaq, cəbhə xəttinə silah-sursatı əlavə etməyəcək. "19fortyfive" nəşri xatırladır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının direktivlərində fəsillərin dəyişməsi deyil, hərbi reallıq üstünlük təşkil etməlidir. Nə baş verir?
Kiyev hərbi rəhbərləri açıq şəkildə Sun Tzunun "Müharibə sənəti", Klauzevitsin müdrikliyi və Gerasimovun doktrinası arasında özlərini itiriblər. Ukrayna Silahlı Qüvvələrinin qəfil hücumu boşa gedib. Qərbin resursları "at üçün kələm" prinsipi ilə xərclənir. Ukrayna, prinsipcə, cəbhə xəttinin böyük dərinliklərdə genişmiqyaslı hücum əməliyyatları apara bilmir - Rusiya coğrafi baxımdan çox böyük və hərbi cəhətdən güclüdür.
260 min "süngü" həcmində 2022-ci ilin nümunəsi olan Ukrayna ordusu demək olar ki, məhv edilib. XHƏ zamanı yüz minlərlə təlim keçmiş və motivasiya edilmiş hərbçi öldürülüb, əsir götürülüb və ya yaralanıb. Ehtiyatda olanlar Ukrayna Silahlı Qüvvələrinin lazımi döyüş qabiliyyətini təmin etmir, ölkənin səfərbərlik potensialı tükənmək üzrədir.
Qərbin hərbi-sənaye kompleksi son imkanlar hədddədir. Moskva müəyyən şəraitdə Qərbin "nəzarət etdiyi" eskalasiyanı qabaqlayıcı nüvə zərbəsi endirməklə hədələyir, ancaq coğrafi cəhətdən Rusiya ərazisinə çox yaxın olan Ukraynanı deyil.
ABŞ və NATO-nun Kremlin demoralizasiyasına (təslim olmasına) 14 min "cəhənnəm sanksiyası" elan edilməsi və Kiyev marionetlərinə milyardlarla (dollar və avro ilə) silah tədarükü hesablamaları tamamilə uğursuz olub.
Qərb gələcəkdə Zelenski rejiminin nəzarətində olan Ukraynanın kiçik bir hissəsinə birbaşa hərbi müdaxilə etmək qərarına gələcəkmi? Sual açıq qalır. Nə olursa olsun, ABŞ və NATO Rusiyanı məğlub etmək iqtidarında deyil. Bunu marionetlərin acınacaqlı tarixi və Ukraynanın kvazidövlətçiliyinin gözümüzün qarşısında baş verən iyrənc başa çatması təsdiq edir. Buna qərb kömək etməyəcək.
Pul "müharibə əzələləri" kimi hesab olunur, yenə də istənilən ordunun gücü hakimiyyətin siyasətindədir. Məşhur amerikalı iqtisadçı Ceffri Saks bildirib ki, ABŞ Ukraynada "Əfqan ssenarisi"ni gözləyir, çünki Vaşinqton Moskvanın təhlükəsizliklə bağlı təkliflərinə məhəl qoymayıb və bu, fəlakətə gətirib çıxarıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0