Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Səudiyyə klubu Benzemaya 200 milyon avroya iki illik müqavilə təklif edir - media

© AFP 2023 / PAUL ELLISKərim Benzema
Kərim Benzema - Sputnik Azərbaycan, 1920, 29.05.2023
Abunə olmaq
Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. Hücunmçu komandası ilə birlikdə 4 dəfə İspaniya çempionu olub.
BAKI, 29 may - Sputnik. Səudiyyə Ərəbistanı klubu "Real Madrid"in futbolçusu Kərim Benzemaya 200 milyon avro dəyərində iki illik müqavilə təklif edib. Bu barədə RİA Novosti Revelo-ya istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, transfer olacağı təqdirdə fransalı həm də Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün birgə müraciətində səfir olacaq. Hücumçunun təklifi nəzərdən keçirdiyi qeyd edilir.
Daha əvvəl mətbuatda "Real Madrid"in Benzema ilə müqaviləni bir il müddətinə uzatdığı və bu, onun klubdakı sonuncu müqaviləsi olacaq. Lakin Madrid komandası bu barədə rəsmi açıqlama verməyib. Hazırkı müqavilənin müddəti iyunun 30-da başa çatır.
Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, komanda ilə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun və 4 dəfə İspaniya Superkubokunun qalibi olub.
O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibidir.
Ötən ilin oktyabrında hücumçu karyerasında ilk dəfə "Qızıl top"u qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0