https://sputnik.az/20230525/azerbaycanda-danisilmis-oyunlara-gore-yeddi-sexs-futboldan-uzaqlasdirilib-455249989.html
Azərbaycanda danışılmış oyunlara görə yeddi şəxs futboldan uzaqlaşdırılıb
Azərbaycanda danışılmış oyunlara görə yeddi şəxs futboldan uzaqlaşdırılıb
Sputnik Azərbaycan
Danışılmış oyunlarda iştirak etmiş futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər. 25.05.2023, Sputnik Azərbaycan
2023-05-25T15:39+0400
2023-05-25T15:39+0400
2023-05-25T15:39+0400
futbol
idman
affa
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434465644_0:103:2000:1228_1920x0_80_0_0_16bccb8a32e32069893780af7c43a00a.jpg
BAKI, 25 may — Sputnik. AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. I Divizionda MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Veysov Elşən ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda "Araz Naxçıvan"ın qapıçısı olan Fərman Bayramova danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub. Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər. Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olması qadağan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434465644_114:0:1887:1330_1920x0_80_0_0_1355b3575a5689e15e46e0cc73b6b6be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, affa
Azərbaycanda danışılmış oyunlara görə yeddi şəxs futboldan uzaqlaşdırılıb
Danışılmış oyunlarda iştirak etmiş futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.
BAKI, 25 may — Sputnik. AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
I Divizionda MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Veysov Elşən ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda "Araz Naxçıvan"ın qapıçısı olan Fərman Bayramova danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub.
Adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.
Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olması qadağan edilib.