SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Nikol Paşinyanın əsassız ittihamlarına cavab verib - VİDEO

© Sputnik / POOL / Mediabanka keçidПрезидент Азербайджанской Республики Ильхам Алиев перед началом заседания высшего Евразийского экономического совета (ВЕЭС) в расширенном составе в Москве.
Президент Азербайджанской Республики Ильхам Алиев перед началом заседания высшего Евразийского экономического совета (ВЕЭС) в расширенном составе в Москве. - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Əliyev diqqətə çatdırıb ki, Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinləri sərbəst şəkildə, maneəsiz Ermənistana gedə bilirlər.
BAKI, 25 may - Sputnik. "Ermənistanın Baş naziri çıxışında ittihamlar səsləndirdi. Sizin də diqqət etdiyiniz kimi, mənim çıxışımda hər hansı ittihamlar irəli sürülmədi. Lakin mən bunu cavabsız qoya bilmərəm. Mən müzakirəni bir qədər başqa istiqamətə yönəltdiyimizi başa düşürəm".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistan Baş nazirinin ittihamlarına cavab verərkən bildirib.
“Lakin düşünürəm ki, bu, bir çoxlarına maraqlıdır. Azərbaycan heç bir dəhlizi bağlamayıb. Laçın-Xankəndi yoluna gəlincə, o açıqdır. Azərbaycanla Ermənistan sərhədində, hansı ki, sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir”, - Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı diqqətə çatdırıb ki, bugünkü gün həmin o sərhəd-buraxılış məntəqəsindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinləri sərbəst şəkildə, maneəsiz Ermənistana gedə bilirlər. O cümlədən BQXK xətti ilə daşınan xəstələr, Xankəndi şəhərindən yola düşən təcili tibbi yardım maşınları da həmin yoldan maneəsiz keçib gedirlər.
“Düşünürəm ki, bu tribunadan əsaslandırılmamış ittihamlar irəli sürmək üçün istifadə etmək lazım deyil. Haqqında danışdığım Zəngəzur dəhlizinə gəlincə isə, əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır, hansını ki, biz düzgün, legitim və ağlabatan hesab edirik, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir”, - Azərbaycan Prezidenti fikrini yekunlaşdırıb.
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir - Sputnik Azərbaycan, 1920, 25.05.2023
RUSİYA
Putin Əliyevlə Paşinyanın "söz dueli"nə son qoydu: Əsas ərazi bütövlüyünün tanınmasıdır
Xəbər lenti
0