Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Əliyevlə Paşinyanın "söz dueli"nə son qoydu: Əsas ərazi bütövlüyünün tanınmasıdır

© Photo : APAPrezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Rusiya Prezidenti deyib ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair prinsipial razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.
BAKI, 25 may - Sputnik. Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının geniştərkibli iclasında Azərbaycan prezidenti İlham Əliyevin çıxışına Ermənistanın Baş naziri Nikol Paşinyanın iradına münasibət bildirərkən deyib.
Qeyd edək ki, Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında söz atışması baş verib. Buna səbəb İlham Əliyevin “Zəngəzur dəhlizi” ifadəsini işlətməsi olub.
Nikol Paşinyan cavabında bildirib ki, son illər bu ifadə Ermənistana qarşı ərazi iddialarını ifadə etmək üçün istifadə olunur.
O xatırladıb ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatında yalnız bir dəhlizin - Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinin adı çəkilir.
Azərbaycan Prezidenti isə öz növbəsində dəqiqkləşdirib ki, onun sözlərində ərazi iddiası yoxdur və işlətdiyi termin beynəlxalq təcrübədə qəbul olunub.
Ermənistan və Azərbaycan liderləri Laçın dəhlizinin işləməsi məsələsində də razılığa gəlməyiblər. Paşinyan bəyan edib ki, bu dəhliz bağlanıb, Əliyev bununla razılaşmayıb.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfləri barışdırmağa çalışıb. O deyib ki, beynəlxalq və hüquqi terminologiya - dəhliz, yol vacibdir. Doğrudur, burada ziddiyyətlər var, amma ondan da önəmlisi fundamental məsələ - ərazi bütövlüyü ilə bağlı razılaşmadır.
"Əsas məsələ Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair prinsipial razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir. Bu, digər məsələlər üzrə razılığa gəlmək üçün əsasdır" - Putin əlavə edib.
Президент Азербайджанской Республики Ильхам Алиев перед началом заседания высшего Евразийского экономического совета (ВЕЭС) в расширенном составе в Москве. - Sputnik Azərbaycan, 1920, 25.05.2023
SİYASƏT
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ciddi imkanlar var - Əliyev
Xəbər lenti
0