Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Defolt gizlincə gəldi: Ukrayna dollara görə cavab verəcək

© AP Photo / Mark LennihanDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Ukrayna mövzusunun defolt mövzusu ilə yanaşı ortaya çıxmasının başqa, daha ciddi mənası var. Bu il olmasa da, gələn il amerikalılar istər-istəməz iqtisadi böhranlarına görə Ukraynanın boynuna məsuliyyət qoyacaqlar.
BAKI, 24 may — Sputnik. ABŞ-da Respublikaçılar və Demokratlar borc tavanı ilə bağlı razılığa gələ bilmirlər. Özünü niyə "dünyanın bir nömrəli iqtisadiyyatı" adlandırdığını başa düşməyən ölkə bir həftədən sonra real defoltla üzləşə bilər. Bununla bağlı olaraq amerikalıları Ukraynaya sponsorluq etməyə davam edib-etməyəcəkləri ilə bağlı sual maraqlandırır.
Nüfuzlu "Hill" nəşrinin şərhçisi qeyd edib ki, "... borc tavanındakı çıxılmaz vəziyyətin səbəb olduğu gecikmələr və Ukraynanın qarşıdan gələn əks-hücum əməliyyatının qeyri-müəyyən nəticələri növbəti maliyyələşdirmə raundu ilə bağlı ciddi danışıqları gecikdirdi".
Bunu Vaşinqtonun öz müvəkkil kazaklarına qarşı sadə şantajı kimi qiymətləndirmək olar - səhər, əks-hücum deyirlər, axşam isə pul. Ancaq Ukrayna mövzusunun defolt mövzusu ilə yanaşı ortaya çıxmasının başqa, daha ciddi mənası var.
ABŞ-da baş verən hər bir böyük iqtisadi böhranın insan əli tərəfindən törədildiyini görmək asandır. O, sürətlə və gümrah halda bir neçə ailəni, korporasiyanı və bankı zənginləşdirir, adi Amerika vətəndaşları isə kütləvi şəkildə müflis olur, sonra pəncərələrdən atılır və ya opioidlərlə depressiyaya düşürlər.
Bu, 2008-ci ildə, "Goldman Sachs" kimi banklar müflis olan vergi ödəyiciləri hesabına balansını uğurla korrektə edərək dövlət büdcəsindən yüz milyardlarla dollar çəkərkən çox aydın görünürdü.
Ancaq ABŞ vətəndaşları çox da qəzəbli olmasınlar deyə, hər dəfə onların öz evlərini, işini və pensiya əmanətlərini niyə itirdiklərini izah edən bir növ hiyləgər bəhanə fikirləşib tapırlar. Çox vaxt bu bəhanə müharibə olur.
2008-ci ilin Böyük Tənəzzülü (ipoteka böhranından başqa) ABŞ-ın İraq və Əfqanıstandakı müharibələrə xərcləmələri ilə əlaqələndirildi. 2000-ci illərdəki dotkom böhranı Yuqoslaviyanın məhv edilməsinin lazımsız itkisidir.
Lakin bu növ ən məşhur nümunə Vyetnam müharibəsi idi. Məsələ ondadır ki, 1970-ci illərin əvvəllərində ABŞ-ı növbəti iqtisadi böhran bürümüşdü. İnflyasiya, dövlət borcunun artması, dolların ucuzlaşması, vətəndaşların kütləvi hiddəti. Ölkə o qədər qızdırma içində idi ki, Prezident Nikson ABŞ dollarının artıq qızılla dəstəkləndiyini elan etməli oldu.
Dünyanın istənilən normal ölkəsi üçün bu, defolt demək olardı, lakin o zaman, 70-ci illərin əvvəllərində dünyanın aparıcı oyunçuları yeni oyun qaydaları ilə razılaşdılar - dollar beynəlxalq hesablaşmalar üçün çox əlverişli idi. Lakin dolların ucuzlaşması belə kömək etmədi: Ştatlar iqtisadi böhrandan yalnız 80-ci illərdə çıxdı.
70-ci illərin amansız tənəzzülündə kim günahlandırıla bilər? Əlbəttə, Cənubi Vyetnam. Birdən məlum oldu ki, özlərini Vaşinqtonun ən yaxşı dostu hesab edən yerli liderlərin hamısı korrupsioner məmurlardır. Vyetnam müharibəsinə çoxlu pul mənasız xərclənib. ABŞ Konqresi Cənubi Vyetnamlılara sponsorluq etməkdən imtina etdi, amerikalılar Sayqondan qaçdılar.
"The New York Times" 1973-cü ildə yazırdı: "Vyetnam müharibəsi... ABŞ-da ödəniş kəsiri yaratdı, bu da dolların devalvasiyasına və "Bretton Woods" sisteminin sona çatmasına səbəb oldu". Oxuculara qəzetə inanmaqdan savayı heç nə qalmadı.
ABŞ-da mövcud iqtisadi vəziyyət 1970-ci illərin əvvəlləri ilə müqayisədə xeyli pisdir. İnflyasiya 1,5 dəfə, dövlət borcu 30 dəfə artıb. Dolların alıcılıq qabiliyyəti aşağı düşüb – 1970-ci ildə 30.000 dollara başa gələn ev hazırda yarım milyona satılır. Bundan əlavə, yarım əsr əvvəl ABŞ-ın öz istehsalı var idi. O vaxtdan bəri isə bir çox obyekt xaricə köçürülüb.
Ən əsası isə dünyada praktiki olaraq Amerika dollarını və Amerika iqtisadiyyatını xilas etmək istəyən ölkə qalmayıb. Kimə lazımdır, axı? Siz Amerika istiqrazlarını alırsınız və... qəfildən, kimsənin gözləmədiyi halda onları dondururlar. Və burada yenə "defolt" sözü səslənir.
Vaşinqton üçün bütün iqtisadi çətinlikləri, o cümlədən dövlət borcunun defoltunu Ukraynanın üzərinə keçirməkdən daha əlverişli heç nə yoxdur. Burada əsaslı şəkildə etiraz etmək olar: Kiyevin bununla nə əlaqəsi var? Vaşinqton rejiminin Rusiya ilə müharibəyə ayırdığı on milyardlarla vəsait heç bir şey deyil, okeanda bir damladır.
Lakin Vyetnam müharibəsi də Amerika büdcəsinə kifayət qədər ucuz başa gəldi. İldə bir neçə milyard. Bu, bütün hərbi büdcənin beş faizindən çox deyildi. Sanki, qəpik-quruş kimi.
Sadəcə, Vyetnam medianın diqqət mərkəzində idi. Onun haqqında yazırdılar, danışırdılar, filmlər çəkirdilər, nümayişlərə gedirdilər. Öz xeyrinə növbəti böhran yaratmış ABŞ elitaları üçün inflyasiya, işsizlik, kütləvi iflaslar və dolların dəyər itirməsini Vyetnam müharibəsi ilə əlaqələndirmək çox asan idi.
Hazırda Ukrayna bütün dünyanın diqqət mərkəzindədir. Xəbər agentlikləri onun yaşıl maykalı baş icraçısının hərəkətlərini təngnəfəsliklə izləyirlər. Bütün dünya KİV-lərinin redaktorları taleyini söyərək "Avdeyevka" və ya "Artyomovsk" kimi çətin toponimləri öz ana dillərinə köçürürlər.
Ola bilsin ki, Zelenski bunun şöhrətin zirvəsi olduğunu düşünür. Əslində, qurbanlıq heyvanın boğazı kəsilməmişdən əvvəl belə bəzədilir.
Bu il olmasa da, gələn il amerikalılar istər-istəməz iqtisadi böhranlarına görə Ukraynanın boynuna məsuliyyət qoyacaqlar. Onlar həm borcların ödənilməsini, həm də lend-lizinq ödənişini tələb edəcəklər – həm də, faizlə.
Başqa bir şey daha maraqlıdır: əlli il əvvəl amerikalılar dolları qızıldan ayıraraq devalvasiya etdilər. Görəsən, bu gün toksikliyinə görə onunla nə edəcəklər?
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0