https://sputnik.az/20230522/lham-eliyevden-sulh-anonsu-anlasmanin-imzalanmasi-qacilmazdir-455131967.html
İlham Əliyev sülhün anonsunu verdi: Ermənistanla anlaşmanın imzalanması qaçılmazdır
İlham Əliyev sülhün anonsunu verdi: Ermənistanla anlaşmanın imzalanması qaçılmazdır
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan eyni gündə sülh sazişinin imzalanması ilə bağlı niyyətlərini ifadə ediblər. 22.05.2023, Sputnik Azərbaycan
2023-05-22T13:24+0400
2023-05-22T13:24+0400
2023-05-22T14:11+0400
siyasət
prezident ilham əliyev
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
litva
https://cdnn1.img.sputnik.az/img/07e7/05/16/455129659_0:76:920:594_1920x0_80_0_0_edbd400d707610a52ba2313e0ce4f08b.jpg
BAKI, 22 may - Sputnik. Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi, bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü.Bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.“Ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə, demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”, - Prezident vurğulayıb.Ermənistanın Baş nazir Nikol Paşinyan da bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Ermənistan və Azərbaycan sülh sazişi ətrafında intensiv danışıqlar aparır. "Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olmaqda davam edir. Bu gərginliyi aradan qaldırmaq üçün biz sülh gündəmini irəli sürməyi vacib hesab edirik", - Paşinyan bildirib.Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında intensiv danışıqlar aparılır: "Biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlməyə və onu imzalamağa ümid edirik", - Paşinyan bildirib.Paşinyan mayın 25-də Moskvada Azərbaycanla regional kommunikasiyaların açılması ilə bağlı sənədin imzalanmasının mümkünlüyünü istisna etməyib.Xatırladaq ki, mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb."Rusiya tərəfdən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifini almışıq. Biz bu təklifi qəbul etdik", - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.Onun sözlərinə görə, iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır."Oxşar beştərəfli görüşün oktyabrda Qranadada da keçirilməsi planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüş isə iyulda planlaşdırılır", - Paşinyan bildirib.Mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb."İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib.Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək:"Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır".
https://sputnik.az/20230522/azerbaycanla-intensiv-danisiqlar-apaririq-ve-mayin-25-de-sened-imzalana-biler---pasinyan-455127247.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/16/455129659_14:0:906:669_1920x0_80_0_0_7e8ebb83519c7f9ad71f369ea077dd85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, litva
prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, litva
İlham Əliyev sülhün anonsunu verdi: Ermənistanla anlaşmanın imzalanması qaçılmazdır
13:24 22.05.2023 (Yenilənib: 14:11 22.05.2023) Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan eyni gündə sülh sazişinin imzalanması ilə bağlı niyyətlərini ifadə ediblər.
BAKI, 22 may - Sputnik. Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi, bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü.
Bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.
“Ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə, demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”, - Prezident vurğulayıb.
Ermənistanın Baş nazir Nikol Paşinyan da bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Ermənistan və Azərbaycan sülh sazişi ətrafında intensiv danışıqlar aparır.
"Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olmaqda davam edir. Bu gərginliyi aradan qaldırmaq üçün biz sülh gündəmini irəli sürməyi vacib hesab edirik", - Paşinyan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında intensiv danışıqlar aparılır: "Biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlməyə və onu imzalamağa ümid edirik", - Paşinyan bildirib.
Paşinyan mayın 25-də Moskvada Azərbaycanla regional kommunikasiyaların açılması ilə bağlı sənədin imzalanmasının mümkünlüyünü istisna etməyib.
Xatırladaq ki, mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb.
"Rusiya tərəfdən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifini almışıq. Biz bu təklifi qəbul etdik", - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
Onun sözlərinə görə, iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır.
"Oxşar beştərəfli görüşün oktyabrda Qranadada da keçirilməsi planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüş isə iyulda planlaşdırılır", - Paşinyan bildirib.
Mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.
"İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib.
Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək:
"Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır".