SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla intensiv danışıqlar aparırıq və mayın 25-də sənəd imzalana bilər - Paşinyan

© AP PhotoNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Ermənistan Baş naziri bildirib ki, regionda hərbi-siyasi gərginliyi aradan qaldırmaq üçün sülh gündəmini vacib hesab edir və mayın 25-də Moskvada Azərbaycanla regional kommunikasiyaların açılması ilə bağlı sənəd imzalana bilər.
BAKI, 22 may — Sputnik. Ermənistan və Azərbaycan sülh sazişi ətrafında intensiv danışıqlar aparır. Bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
"Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olmaqda davam edir. Bu gərginliyi aradan qaldırmaq üçün biz sülh gündəmini irəli sürməyi vacib hesab edirik", - Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında intensiv danışıqlar aparılır: "Biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlməyə və onu imzalamağa ümid edirik", - Paşinyan bildirib.
Paşinyan mayın 25-də Moskvada Azərbaycanla regional kommunikasiyaların açılması ilə bağlı sənədin imzalanmasının mümkünlüyünü istisna etməyib.
Xatırladaq ki, mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşəcəyini açıqlayıb.
"Rusiya tərəfdən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsi təklifini almışıq. Biz bu təklifi qəbul etdik", - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
Onun sözlərinə görə, iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurası rəhbərinin iştirakı ilə Azərbaycan prezidenti ilə beştərəfli görüş planlaşdırılır.
"Oxşar beştərəfli görüşün oktyabrda Qranadada da keçirilməsi planlaşdırılır. Brüsseldə növbəti üçtərəfli görüş isə iyulda planlaşdırılır", - Paşinyan bildirib.
Mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.
"İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib.
Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək:
"Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır".
Xəbər lenti
0