Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Zöhrə Ağamirova Avropa çempionatında bürünc medal qazanıb

© Sputnik / Murad OrujovZöhrə Ağamirova
Zöhrə Ağamirova - Sputnik Azərbaycan, 1920, 21.05.2023
Abunə olmaq
Otuz səkkiz ölkədən 315 gimnastın iştirak etdiyi qitə birinciliyi “Ulduz kimi parla” şüarı altında keçir.
BAKI, 21 may - Sputnik. Azərbaycan təmsilçisi Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında bürünc medala sahib olub.
Gimnastımızın top ilə final çıxışı hakimlərdən 32,850 xal alıb.
İtaliyalı gimnast Sofia Raffaeli 33,650 xalla yarışı birinci, Bolqarıstan idmançısı Stiliana Nikolova 33,350 xalla ikinci pillədə başa vurublar.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0