https://sputnik.az/20230521/bedii-gimnastika-uzre-qrup-hereketleri-komandamiz-avropa-cempionudur-455099853.html
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa çempionudur
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa çempionudur
Sputnik Azərbaycan
Otuz səkkiz ölkədən 315 gimnastın iştirak etdiyi qitə birinciliyi “Ulduz kimi parla” şüarı altında keçib. 21.05.2023, Sputnik Azərbaycan
2023-05-21T18:41+0400
2023-05-21T18:41+0400
2023-05-21T18:41+0400
idman
gimnastika
qrup
avropa çempionatı
https://cdnn1.img.sputnik.az/img/07e7/05/15/455099213_0:0:950:534_1920x0_80_0_0_854ce35ee846e3bcd862a00d2dfb6194.jpg
BAKI, 21 may - Sputnik. Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.İsrail komandası 32,150 xalla gümüş, ispaniyalı gimnastlar isə 31,200 xalla bürünc mükafata sahib olub.“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.(Azərtac)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/15/455099213_0:0:892:669_1920x0_80_0_0_a77552f82cb3a7eec3d04340af878d1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gimnastika, qrup, avropa çempionatı
gimnastika, qrup, avropa çempionatı
Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa çempionudur
Otuz səkkiz ölkədən 315 gimnastın iştirak etdiyi qitə birinciliyi “Ulduz kimi parla” şüarı altında keçib.
BAKI, 21 may - Sputnik. Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.
İsrail komandası 32,150 xalla gümüş, ispaniyalı gimnastlar isə 31,200 xalla bürünc mükafata sahib olub.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.