https://sputnik.az/20230521/bedii-gimnastika-uzre-39-cu-avropa-cempionatinin-yekun-gunudur-455086774.html
Bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yekun günüdür
Bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yekun günüdür
Sputnik Azərbaycan
Otuz səkkiz ölkədən 315 gimnastın iştirak etdiyi qitə birinciliyi “Ulduz kimi parla” şüarı altında keçir. 21.05.2023, Sputnik Azərbaycan
2023-05-21T10:44+0400
2023-05-21T10:44+0400
2023-05-21T10:44+0400
idman
bədii gimnastika
avropa çempionatı
bakı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/18/441387673_0:103:2000:1228_1920x0_80_0_0_7a90c392fc8cc86cc98852f3496b4f9b.jpg
BAKI, 21 may - Sputnik. Bu gün Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatına yekun vurulacaq.Çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə final yarışlarında çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla finalda güclərini sınayacaqlar.Ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv təmsil edəcək.“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.(Azərtac)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/18/441387673_114:0:1887:1330_1920x0_80_0_0_6cfc65dfeed0c5484aa4d7becf6d1a24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bədii gimnastika, avropa çempionatı, bakı
bədii gimnastika, avropa çempionatı, bakı
Bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yekun günüdür
Otuz səkkiz ölkədən 315 gimnastın iştirak etdiyi qitə birinciliyi “Ulduz kimi parla” şüarı altında keçir.
BAKI, 21 may - Sputnik. Bu gün Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatına yekun vurulacaq.
Çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə final yarışlarında çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla finalda güclərini sınayacaqlar.
Ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova, qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv təmsil edəcək.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.
Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.