SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbəkistan prezidenti Azərbaycana səfər edəcək: münasibətlər yüksək səviyyəyə çatdırılacaq

© Photo : MFAXarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü
Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü - Sputnik Azərbaycan, 1920, 20.05.2023
Abunə olmaq
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubda yaxın gələcəkdə Azərbaycana səfər edəcəyini və bunun çoxşaxəli, uzunmüddətli əlaqələrdə yeni tarixi dövrün başlanğıcı olacağını bildirib.
BAKI, 20 may - Sputnik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın zamanlarda Azərbaycana səfər edəcək. Bu barədə o özü Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.
Özbəkistan Prezidentinin azərbaycanlı həmkarına ünvanlanan təbrik məktubunda deyilir:
"Möhtərəm İlham Heydər oğlu!
Əziz qardaşım!
Sizi və qardaş Azərbaycan xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Özbəkistan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin uzaqgörən daxili və xarici siyasətiniz, iqtisadi və sosial sahələrdə həyata keçirdiyiniz sürətli islahatlar bu gün layiqli nəticələrini verməkdədir, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Bu xüsusda regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ədalətli və qətiyyətli səylərinizi tamamilə dəstəklədiyimizi bir daha qeyd etmək istərdim. Xüsusilə son illər ərzində Sizinlə aramızda yaranan və qardaş xalqlarımızın ümumi arzularının ifadəsi olan sıx qardaşlıq əlaqələri, açıq və məhsuldar dialoqlarımız, ali və yüksək səviyyələrdə səfərlərin mübadiləsi nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksəlmişdir.
Hörmətli İlham Heydər oğlu!
Əminəm ki, yaxın gələcəkdə Azərbaycana səfərimiz çoxşaxəli və uzunmüddətli əlaqələrimizdə yeni tarixi dövrün başlanğıcı olacaq, əməkdaşlığımızı arzuladığımız və mövcud imkanlarımıza uyğun şəkildə daha yüksək səviyyəyə çatdıracaq.
Fürsətdən istifadə edərək, ölkənizin həyatında bu unudulmaz və sevincli gündə Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və Vətəninizin inkişafı naminə həyata keçirdiyiniz misilsiz fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq, davamlı inkişaf və firavanlıq arzulayıram".
Президент Азербайджана Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.05.2023
SİYASƏT
İmperator, kral və prezidentlərdən İlham Əliyevə məktub
Xəbər lenti
0