https://sputnik.az/20230520/mperator-kral-ve-prezidentlerden-lham-eliyeve-mektub-455070530.html
İmperator, kral və prezidentlərdən İlham Əliyevə məktub
İmperator, kral və prezidentlərdən İlham Əliyevə məktub
Sputnik Azərbaycan
Bir sıra ölkələrin prezidentləri, Yaponiya imperatoru, eləcə də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Azərbaycan Respublikasının Prezidenti İlham... 20.05.2023, Sputnik Azərbaycan
2023-05-20T14:00+0400
2023-05-20T14:00+0400
2023-05-20T14:09+0400
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568685_0:241:2785:1808_1920x0_80_0_0_67168711d7f7aab8e9e33e57e7fd6360.jpg
BAKI, 20 may - Sputnik. Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir:"Zati-aliləri, əziz qardaşım!Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün səylərimizi davam etdirməkdə maraqlı olduğumuzu Zati-alinizə bir daha ifadə edirəm.Zati-aliləri, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".İraq prezidentindənİraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.Hörmətli cənab Prezident!Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm".İndoneziya prezidentindənİndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:"Zati-aliləri!Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".Yaponiya imperatorundanYaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:"Hörmətli cənab Prezident!Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram".Almaniya prezidentindənAlmaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:"Hörmətli cənab Prezident!Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir.Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaqdır. Çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı vardır. Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik.Sizə və Azərbaycan xalqına ən xoş arzularımı ifadə edir, sülh, rifah və firavan gələcək diləyirəm".Böyük Britaniya və Şimali İrlandiyanın KralındanBöyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Kralın məktubunda deyilir:"Zati-aliləri!Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568685_27:0:2758:2048_1920x0_80_0_0_675bf5e4838d87a9a35647021513fd30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev
İmperator, kral və prezidentlərdən İlham Əliyevə məktub
14:00 20.05.2023 (Yenilənib: 14:09 20.05.2023) Bir sıra ölkələrin prezidentləri, Yaponiya imperatoru, eləcə də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.
BAKI, 20 may - Sputnik. Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Zati-aliləri, əziz qardaşım!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.
Dost xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün səylərimizi davam etdirməkdə maraqlı olduğumuzu Zati-alinizə bir daha ifadə edirəm.
Zati-aliləri, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm".
İndoneziya prezidentindən
İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Sizə xoşbəxtlik və xalqınıza firavanlıq arzulayıram".
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir.
Sizi əmin edə bilərəm ki, Almaniya bundan sonra da ölkənizin modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacaqdır. Çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı vardır. Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı ifadə edir, sülh, rifah və firavan gələcək diləyirəm".
Böyük Britaniya və Şimali İrlandiyanın Kralından
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Kralın məktubunda deyilir:
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim".