Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Günay Bank" müflis elan edilib

© Official website of President of Azerbaijan RepublicЗал заседания суда, фото из архива
Зал заседания суда, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.05.2023
Abunə olmaq
Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici təyin olunub.
BAKI, 20 may - Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi "Günay Bank" ASC müflis elan edilib.
"Report" xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək.
Xatırladaq ki, AMB "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onu bazardan kənarlaşdırıb, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.
Азербайджанские манаты, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2023
İQTİSADİYYAT
“Günay Bank”da 70 milyon manat əmanət bata bilər - KİV
Xəbər lenti
0