Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Günay Bank”da 70 milyon manat əmanət bata bilər - KİV

© Sputnik / Murad OrujovАзербайджанские манаты, фото из архива
Азербайджанские манаты, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
Əsas diqqətə alınması məqam bankın kredit təşkilatları qarşısanda olan 90 milyon 104 min manat öhdəlikləridir ki, ilk olaraq bank bu öhdəlikləri ödəməlidir.
BAKI, 17 may - Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib.
“APA-Economics”in məlumatına görə, 2023-cü il aprel ayının 1-nə “Günay Bank”ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub.
“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir.
Bankın ümumi depozitlərin həcmi 108 milyon 566 min manat təşkil edib. Sığortalanmış əmanətlərin həcmi isə 38.5 milyon manat olduğuna görə geriyə qalan 70 milyon manat vəsaitin aqibəti bəlli deyil.
Əsas diqqətə alınması məqam bankın kredit təşkilatları qarşısanda olan 90 milyon 104 min manat öhdəlikləridir ki, ilk olaraq bank bu öhdəlikləri ödəməlidir.
2023-cü ilin birinci rübündə “Günay Bank” ın aktivlərinin həcmi 274 milyon 274 min manat, cəmi öhdəliklərinin həcmi isə 206 milyon 295 min manat təşkil edib.
2023-cü il aprel ayının 1-nə bankın cəmi kapitalının həcmi 67 milyon 978 min manat, nizamnamə kapitalı isə 64 milyon 910 min manata bərabər idi.
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2023
İQTİSADİYYAT
"Günay Bank" ləğv edildi - Əmanətlər necə olacaq?
Xəbər lenti
0