https://sputnik.az/20230519/ceyhun-bayramovla-sergey-lavrov-neyi-muzakire-edibler-xn-den-aciqlama-455063590.html
Ceyhun Bayramovla Sergey Lavrov nəyi müzakirə ediblər? XİN-dən açıqlama
Ceyhun Bayramovla Sergey Lavrov nəyi müzakirə ediblər? XİN-dən açıqlama
Sputnik Azərbaycan
Görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri... 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T18:37+0400
2023-05-19T18:37+0400
2023-05-19T19:28+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/16/461514950_0:0:3252:1830_1920x0_80_0_0_a43900bca3b4d86d6292d825f7d8502e.jpg
BAKI, 19 may - Sputnik. Mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.Eyni zamanda Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilib.
https://sputnik.az/20230519/eger-bu-olmasa-sulh-sazisinin-konkret-aspektlerine-dair-irelilemek-cetin-olacaq---lavrov-455057388.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/16/461514950_250:0:2981:2048_1920x0_80_0_0_db3fe5ce8b4be99ab0daf3274f73bff2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Ceyhun Bayramovla Sergey Lavrov nəyi müzakirə ediblər? XİN-dən açıqlama
18:37 19.05.2023 (Yenilənib: 19:28 19.05.2023) Görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
BAKI, 19 may - Sputnik. Mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.
C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.
Eyni zamanda Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilib.