https://sputnik.az/20230519/eger-bu-olmasa-sulh-sazisinin-konkret-aspektlerine-dair-irelilemek-cetin-olacaq---lavrov-455057388.html
Əgər bu olmasa, sülh sazişinin konkret aspektlərinə dair irəliləmək çətin olacaq - Lavrov
Əgər bu olmasa, sülh sazişinin konkret aspektlərinə dair irəliləmək çətin olacaq - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri qeyd edib ki, tərəflər bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmanın əldə olunmasına yaxındırlar. 19.05.2023, Sputnik Azərbaycan
2023-05-19T18:06+0400
2023-05-19T18:06+0400
2023-05-19T18:06+0400
sergey lavrov
rusiya
ceyhun bayramov
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453512116_0:65:2928:1712_1920x0_80_0_0_620f238f086ed832964e5a006fb5fa55.jpg
BAKI, 19 may — Sputnik. Bakı və İrəvan sülh sazişi üzrə birgə yanaşmaya dair mövqelərini yaxınlaşdıra biliblər. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bildirib. "Tərəfdaşlarımız təsdiq edir ki, delimitasiya, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə məsələlər həll olunmasa, Qarabağda və Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik sayəsində vəziyyət yaxşılaşmasa sülh sazişinin konkret aspektlərinə dair irəliləmək çətin olacaq", - deyə rusiyalı nazir qeyd edib. Rusiya XİN rəhbəri qeyd edib ki, tərəflər bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmanın əldə olunmasına yaxındırlar: "️Gələn həftə bu məsələ ilə bağlı baş nazir müavinləri səviyyəsində üçtərəfli qrupun iclası keçiriləcək. ️Yaxın vaxtda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın görüşü baş tutacaq". Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ötən gün Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Ceyhun Bayramovla rusiyalı həmkarı arasında görüş keçirilib. Daha sonra Azərbaycan, Rusiya, Ermənistan XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş baş tutub. Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş hazırda davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453512116_99:0:2830:2048_1920x0_80_0_0_8801cd185e751db5a2ed460ae5562a15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, ceyhun bayramov, ararat mirzoyan
sergey lavrov, ceyhun bayramov, ararat mirzoyan
Əgər bu olmasa, sülh sazişinin konkret aspektlərinə dair irəliləmək çətin olacaq - Lavrov
Rusiya XİN rəhbəri qeyd edib ki, tərəflər bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmanın əldə olunmasına yaxındırlar.
BAKI, 19 may — Sputnik. Bakı və İrəvan sülh sazişi üzrə birgə yanaşmaya dair mövqelərini yaxınlaşdıra biliblər.
Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
"Tərəfdaşlarımız təsdiq edir ki, delimitasiya, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə məsələlər həll olunmasa, Qarabağda və Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik sayəsində vəziyyət yaxşılaşmasa sülh sazişinin konkret aspektlərinə dair irəliləmək çətin olacaq", - deyə rusiyalı nazir qeyd edib.
Rusiya XİN rəhbəri qeyd edib ki, tərəflər bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmanın əldə olunmasına yaxındırlar: "️Gələn həftə bu məsələ ilə bağlı baş nazir müavinləri səviyyəsində üçtərəfli qrupun iclası keçiriləcək. ️Yaxın vaxtda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın görüşü baş tutacaq".
Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ötən gün Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Ceyhun Bayramovla rusiyalı həmkarı arasında görüş keçirilib. Daha sonra Azərbaycan, Rusiya, Ermənistan XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş baş tutub. Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş hazırda davam edir.