Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA "Qarabağ"ı cərimələyib

© Photo : Facebook / Sabah FC / Ramin Hasanov"Qarabağ" "Sabah" oyunu
Qarabağ Sabah oyunu - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Qarşılaşma bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə "Qarabağ" 600 manat ödəyəcək.
BAKI, 19 may — Sputnik. Bu gün İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Misli Premyer Liqasının XXXIV turunda baş verənlər müzakirə olunub.
"Qəbələ"nin futbolçusu Urfan Abbasov "Turan Tovuz"la oyunda ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 matçlıq cəzalanıb. O, klubu 200 manat cəriməyə məruz qoyub.
"Səbail" – "Qarabağ" qarşılaşmasında ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə meydan sahibləri 4000 manat cərimələnib. Qarşılaşma bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə "Qarabağ" 600 manat ödəyəcək. Ağdam klubu azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyi üçün 800 manat cərimə edilib.
Bu matç bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnib. Komitə dəymiş zərərin "Qarabağ" tərəfindən qarşılanmasına qərar verilib.
"Sabah"la oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sumqayıt" 800 manat cərimələnib.
Xatırladaq ki, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Qarabağ" – "Qəbələ" oyununda "Qarabağ" klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunmuşdu. Həmçinin 1/2 final mərhələsinin "Qarabağ" – "Qəbələ" oyununda "Qarabağ" klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə edilmişdi.
Xəbər lenti
0