Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

FİFA 2026-cı il Dünya Çempionatının yeni loqotipini təqdim edib

© AP Photo / Jae C. HongFİFA 2026
FİFA 2026 - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
2026-cı il futbol üzrə Dünya Çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək və bu, 48 komandanın iştirak edəcəyi ilk yarış olacaq.
BAKI, 18 may — Sputnik. Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il Dünya Çempionatının loqosunun təqdimat mərasimini keçirib.
Bu barədə Federasiyanın saytında məlumat verilib.
Turnirin loqosunda ilk dəfə olaraq Dünya Çempionatının real təsviri, eləcə də çempionatın keçirildiyi il əks olunacaq. Daha sonra yarışlara ev sahibliyi edəcək şəhərlərin 16 loqosu təqdim olunacaq.
Tədbir Los-Ancelesdəki Qriffit Rəsədxanasında FİFA Prezidenti Canni İnfantino, Braziliya yığmasının tərkibində olan ikiqat dünya çempionu Ronaldo, Meksika millisinin sabiq qapıçısı Xorxe Kampos, Kanada komandasının keçmiş qapıçısı Kreyq Forrestin və ABŞ milli komandasının tərkibində olan ikiqat dünya çempionu Karli Lloydun iştirakı ilə baş tutub.
Qeyd edək ki, 2026-cı il futbol üzrə Dünya Çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək və bu, 48 komandanın iştirak etdiyi ilk yarış olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0