Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Rusiya ticarət dövriyyəsi kəskin artıb - DETALLAR

© Sputnik / Murad OrujovManat və rubl, arxiv şəkli
Manat və rubl, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilir. Cari ilin 4 ayında ölkəmizin Rusiyaya ixracı 349 milyon 476 min dollar təşkil edib.
BAKI, 18 may — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım davam edir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 387 milyon 220 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 55,2 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,76 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Ən çox Rusiyadan ölkəmizə mallar gətirilib
Bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə edilir. Belə ki, bu ilin 4 ayında Rusiyadan ölkəmizə 1 milyard 37 milyon 744 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 49,4 faiz çox deməkdir. Bu ilin 4 ayında Azərbaycanın ümumi idxalının 20 faizə yaxını Rusiyanın payına düşüb.
Ölkəmizin Rusiyaya ixracı da artıb
Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilir. Cari ilin 4 ayında Azərbaycanın Rusiyaya ixracı 349 milyon 476 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 75,7 faiz artım deməkdir. Ölkəmizin ümumi ixracının 2,78 faizi Rusiyanın payına düşüb.
Ticarətin artacağı gözlənilir
Ekspertlərin fikrincə, növbəti aylarda da iki ölkə arasında ticarət dövriyyəsində artım davam edəcək. Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya daha çox regional ölkələrlə ticarət etməyə başlayıb. Hazırki geosiyasi vəziyyətlə əlaqədar regional ölkələr arasında ticari-iqtisadi münasibətlərin artırılması məqbuldur.
Keçən il də ticarət dövriyyəsi yüksəlib
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il də Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan-Rusiya sərhədində yük maşınları - Sputnik Azərbaycan, 1920, 28.04.2023
İQTİSADİYYAT
Azərbaycan-Rusiya ticarət dövriyyəsi artmaqda davam edir - DETALLAR
Xəbər lenti
0