Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Rusiya ticarət dövriyyəsi artmaqda davam edir - DETALLAR

© Sputnik / Murad OrujovAzərbaycan-Rusiya sərhədində yük maşınları
Azərbaycan-Rusiya sərhədində yük maşınları - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Cari il Azərbaycana ən çox Rusiyadan mallar gətirilib. İki ölkə arasında ticarət dövriyyəsinin bundan sonra da artacağı gözlənilir.
BAKI, 27 aprel — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım davam edir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 57 milyon 258 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 67,4 faiz çoxdur.
Ən çox Rusiyadan ölkəmizə mallar gətirilib
Bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə edilir. Belə ki, ötən 3 ayda Rusiyadan ölkəmizə 796 milyon 299 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67,2 faiz çox deməkdir. Bu ilin 3 ayında Azərbaycanın ümumi idxalının 20 faizə yaxını Rusiyanın payına düşüb.
Ölkəmizin Rusiyaya ixracı da artıb
Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilir. Cari ilin 3 ayında Azərbaycanın Rusiyaya ixracı 260 milyon 959 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 68,1 faiz artım deməkdir. Ölkəmizin ümumi ixracının 3,37 faizi Rusiyanın payına düşüb.
Ticarətin yenə artacağı gözlənilir
Ekspertlərin fikrincə, növbəti aylarda da iki ölkə arasında ticarət dövriyyəsində artım davam edəcək. Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığın dərinləşməsi hər iki ölkənin milli maraqlarına uyğundur. Onların sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Rusiya daha çox regional ölkələrlə ticarət etməyə başlayıb. Hazırki geosiyasi vəziyyətlə əlaqədar regional ölkələr arasında ticari-iqtisadi münasibətlərin artırılması məqbuldur.
Keçən il də ticarət dövriyyəsi yüksəlib
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il də Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0