Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq

© Sputnik / Murad Orujovtop
top - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
"Kapital Bank Arena"da keçiriləcək matç saat 19:30-da başlayacaq. Bu görüş "Sabah"ın Türkiyənin "Beşiktaş" komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınıb.
BAKI, 17 may — Sputnik. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.
Təxirə salınmış oyunda "Sumqayıt" komandası "Sabah"ı qəbul edəcək.
Hazırda paytaxt klubu 77 xalla turnir cədvəlində ikinci, "Sumqayıt" isə 28 xalla səkkizinci pillədə qərarlaşıb.
"Kapital Bank Arena"da keçiriləcək matç saat 19:30-da başlayacaq.
Bu görüş "Sabah"ın Türkiyənin "Beşiktaş" komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.
Xəbər lenti
0