https://sputnik.az/20230515/-agirliqqaldiranimiz-nazile-smayilova-afrika-cempionatinin-qalibi-olub--454850045.html
Ağırlıqqaldıranımız Nazilə İsmayılova Afrika çempionatının qalibi olub
Ağırlıqqaldıranımız Nazilə İsmayılova Afrika çempionatının qalibi olub
Sputnik Azərbaycan
İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq. 15.05.2023, Sputnik Azərbaycan
2023-05-15T10:13+0400
2023-05-15T10:13+0400
2023-05-15T10:13+0400
idman
ağırlıqqaldırma
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0f/454849877_0:0:922:520_1920x0_80_0_0_73ae5d851af399561cb706fb197d7aac.jpg
BAKI, 15 may - Sputnik. Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib. Atletika Federasiyasından verilən xəbərə görə, yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.Millimizin üzvü Nazilə İsmayılova körpücük üzərinə çıxaraq 45 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb.Nazilə İsmayılova birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib, toplam 132 kiloqram (60+72) nəticə göstərib.Bu göstərici ilə o, həmin çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir.Tunisdə təşkil olunan yarış da “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib.İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/0f/454849877_24:0:864:630_1920x0_80_0_0_9400893b15a74690995a669f251a6781.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağırlıqqaldırma, azərbaycan
ağırlıqqaldırma, azərbaycan
Ağırlıqqaldıranımız Nazilə İsmayılova Afrika çempionatının qalibi olub
İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.
BAKI, 15 may - Sputnik. Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib. Atletika Federasiyasından verilən xəbərə görə, yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Millimizin üzvü Nazilə İsmayılova körpücük üzərinə çıxaraq 45 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz uğurlu çıxışla yadda qalıb.
Nazilə İsmayılova birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib, toplam 132 kiloqram (60+72) nəticə göstərib.
Bu göstərici ilə o, həmin çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.
Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir.
Tunisdə təşkil olunan yarış da “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib.
İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.