Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Belçikaya səfər edib: Mühüm görüş gözlənilir

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Belçika Krallığına işgüzar səfərə gəlib
Prezident İlham Əliyev Belçika Krallığına işgüzar səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Dövlət başçısı Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
BAKI, 13 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.
Dövlət başçısı Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
Söhbət zamanı Azərbaycan Prezidentinin Maroş Şefçoviç ilə bundan əvvəl keçirdiyi görüşləri məmnunluqla xatırlanıb. Cənub Qaz Dəhlizinin uğurla icra olunması işinə Maroş Şefçoviçin verdiyi töhfə qeyd edilib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri kimi onun fəal rolu vurğulanıb.
Maroş Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi və səmərəli fəaliyyəti ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ötən ilin iyulunda ölkəmizə səfəri və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.
Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyanı əhatə etməsinin önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, bu sahənin böyük perspektivlərə malik olduğu bildirilib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın uğurla davam etdiyi vurğulanıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gedib.
Dövlət başçısı mayın 13-də Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
Xatırladaq ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Avropa İttifaqının (Aİ) yaydığı məlumata görə, görüş Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.
Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.
Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan da bu gün üçtərəfli görüşdə iştirak etmək üçün Brüsselə gedib.
İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2023
SİYASƏT
Əliyev və Paşinyanın Brüssel görüşünün proqramı açıqlanıb
Xəbər lenti
0