https://sputnik.az/20230513/eliyev-ve-pasinyanin-brussel-gorusunun-proqrami-aciqlanib-454802354.html
Əliyev və Paşinyanın Brüssel görüşünün proqramı açıqlanıb
Əliyev və Paşinyanın Brüssel görüşünün proqramı açıqlanıb
Sputnik Azərbaycan
Avropa İttifaqı mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə danışıqlar aparacağını təsdiqləyib. 13.05.2023, Sputnik Azərbaycan
2023-05-13T12:22+0400
2023-05-13T12:22+0400
2023-05-13T13:27+0400
siyasət
prezident ilham əliyev
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
brüssel
şarl mişel
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445552162_0:42:800:492_1920x0_80_0_0_1fcc3151867305877e6c761edfea3668.jpg
BAKI, 13 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.Avropa İttifaqı mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.Bildirilib ki, görüş Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.Mayın 11-də ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib. Entoni Blinken Twitter paylaşımında bu barədə yazıb: "Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır".Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyə bilərsiz!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445552162_45:0:756:533_1920x0_80_0_0_f80ac448b476f2490fa0d0f4a6b8cce7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, brüssel, şarl mişel, avropa ittifaqı
prezident ilham əliyev, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, brüssel, şarl mişel, avropa ittifaqı
Əliyev və Paşinyanın Brüssel görüşünün proqramı açıqlanıb
12:22 13.05.2023 (Yenilənib: 13:27 13.05.2023) Avropa İttifaqı mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.
BAKI, 13 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.
Avropa İttifaqı mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.
Bildirilib ki, görüş Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.
Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.
Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.
Mayın 11-də ABŞ dövlət katibi Entoni Blinken Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib. Entoni Blinken Twitter paylaşımında bu barədə yazıb:
"Aİ Şurasının Prezidenti Şarl Mişellə bu gün Ukrayna üçün dəstəyi, Cənubi Qafqaz sülhünü və bizim transatlantik tərəfdaşlığımızı dərinləşdirməyi müzakirə etmək əladır".
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyə bilərsiz!