https://sputnik.az/20230512/besiktas-futbolculari-bakidadir--454792227.html
"Beşiktaş" futbolçuları Bakıdadır
"Beşiktaş" futbolçuları Bakıdadır
Sputnik Azərbaycan
Cari ilin martında Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib. Görüşdən əldə olunan... 12.05.2023, Sputnik Azərbaycan
2023-05-12T21:14+0400
2023-05-12T21:14+0400
2023-05-12T21:14+0400
idman
futbol
xeyriyyə
oyun
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425108897_0:101:1000:664_1920x0_80_0_0_61d1e59006a91b2d837f61c3226ec27c.jpg
BAKI, 12 may - Sputnik. Xeyriyyə oyununda "Sabah"ın qonağı olacaq Türkiyənin "Beşiktaş" klubu Bakıya gəlib. Azərtac xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı çoxsaylı azarkeş qarşılayıb.Qeyd edək ki, mayın 13-də keçiriləcək "Sabah" - "Beşiktaş" oyunu saat 18:00-da başlayacaq.Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.Xatırladaq ki, cari ilin mart ayının 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib. Qarşılaşma 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.Görüşdən əldə olunan bütün gəlir zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndərilib.Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425108897_0:0:1000:750_1920x0_80_0_0_7403f26f45b62ef9d0b1ea96fb2a8e73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, xeyriyyə, oyun
"Beşiktaş" futbolçuları Bakıdadır
Cari ilin martında Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib. Görüşdən əldə olunan bütün gəlir zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndərilib.
BAKI, 12 may - Sputnik. Xeyriyyə oyununda "Sabah"ın qonağı olacaq Türkiyənin "Beşiktaş" klubu Bakıya gəlib. Azərtac xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı çoxsaylı azarkeş qarşılayıb.
Qeyd edək ki, mayın 13-də keçiriləcək "Sabah" - "Beşiktaş" oyunu saat 18:00-da başlayacaq.
Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Xatırladaq ki, cari ilin mart ayının 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib. Qarşılaşma 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Görüşdən əldə olunan bütün gəlir zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndərilib.
Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.